Bütün xəbərlər
Portuqaliya klubunun azərbaycanlı futbolçusunun qolu komandanı növbəti mərhələyə çıxarıb - FOTO
Tarix: 20-10-2019 14:33 | Bölmə: Karusel

                              

Futbol üzrə Azərbaycanın yığmasının hücumçusu Renat Dadaşov "Luletano" ilə matçdakı əlavə vaxtda qələbə qolunu (2:1) vuraraq çıxış etdiyi "Pasuş de Ferreyra" komandasını Portuqaliya Kubokunun növbəti raunduna çıxarıb.
Bu barədə "Report" klubun saytına istinadən xəbər verir.
Qeyd edilir ki, onun 110-cu dəqiqədə vurduğu qol komandasının ölkə kubokunda çıxışını davam etdirməyə imkan verib.
Qeyd edək ki, R.Dadaşov İngiltərənin "Vulverhemtron" klubu ilə müqavilə imzalayıb. Lakin icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" komandasında çıxış edir. 

                  












Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər