Bütün xəbərlər
Yevlaxda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
Tarix: 11-03-2018 10:28 | Bölmə: Karusel

                     

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.
Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 



Baxış sayı: 389


Bölməyə aid digər xəbərlər