Bütün xəbərlər
Millimizin futbolçusu Fransaya buraxılmadı
Tarix: 09-10-2019 03:25 | Bölmə: Karusel

                 Millimizin futbolçusu Fransaya buraxılmadı


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
"Qafqazinfo" xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.
AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır. Qeyd edək ki, Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.


Baxış sayı: 248


Bölməyə aid digər xəbərlər