Bütün xəbərlər
Ruhani Trampın telefon zənginə cavab verməyib - New York Times
Tarix: 02-10-2019 11:16 | Bölmə: Karusel

     


Fransa prezidenti Emanuel Makron Trampla Ruhani arasında telefon vasitəsilə bağlantı qursa da İran prezidenti cavab verməyib.
SalamNews  RT.Arabic-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın New-York Times qəzeti iddia edib.
Mənbə bildirib ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Emanuel Makron tərəfləri telefon bağlantısında bir araya gətirməyə çalışsa da Tramp xəttə ola ola Həsən Ruhani cavab verməkdən imtina edib.
Məlumata görə Həsən Ruhaninin qaldığı "Millennium" oteli ilə Trampın olduğu məkan arasında telefon bağlanısı Makronun tərəfindən təşkil edilib. Tramp xəttə ola ola Həsən Ruhani öz otağından çıxmaqdan və telefon dəstəyini götürməkdən imtina edib.
Mənbə əlavə edib ki, Makronun bu cəhdindən öncə də Ruhani komandası belə bir addımla bağlı Fransa prezidentinə xəbərdarlıq ediblər və onlar Makronun bu israrını görəndə narahatlıq hissi keçiriblər.



Baxış sayı: 390


Bölməyə aid digər xəbərlər