Bütün xəbərlər
Futbolçunun vəkili evində ölü tapıldı
Tarix: 27-09-2019 01:41 | Bölmə: Karusel

                       Futbolçunun vəkili evində ölü tapıldı


Futbolçu Aleksandr Kokorinin hüquqlarını müdafiə edən vəkil Andrey Romaşov ölü halda tapılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, vəkilin cəsədi Moskvaətrafındakı evində tapılıb. Romaşovun ürək problemi olduğu deyilir.
Qeyd edək ki, Romaşov eyni zamanda blogger Erik Kituaşvilinin vəkili olub.
Futbolçular Aleksandr Kokorinlə Pavel Mamayev ötən ilin oktyabrında Moskvada gecə klublarının birində iki davada iştirak ediblər. Onlar  məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysana xəsarət yetiriblər. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilmişdi. Kokorinlə Mamayev bu ayın əvvəlində şərti azadlığa buraxılıblar.
Erik Kituaşvili ilə sığorta dələduzluğuna görə 4 il 8 ay həbsə məhkum etsələr də, 2018-ci ilin dekabrında cinayət məsuliyyətindən azad edilmişdi.



Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər