Bütün xəbərlər
Teymur Rəcəbov Dünya Kubokunun yarımfinalına yüksəlib
Tarix: 24-09-2019 23:52 | Bölmə: Karusel

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Trend-in məlumatına görə, bu gün Dünya kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirlib. Dünya kubokunda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov ABŞ-ı təmsil edən 18 yaşlı Cefri Ksionqu məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Teymurun yarımfinaldakı rəqibi sabah tay-brek oynayacaq Maksim Vaşye-Laqraf-Levon Aronyan cütünün qalibi olacaq.



Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər