Bütün xəbərlər
Azərbaycana gələn avtomobildən 7 min güllə tapıldı
Tarix: 24-09-2019 18:16 | Bölmə: Karusel


                    Azərbaycana gələn avtomobildən 7 min güllə tapıldı

Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz Viano" markalı avtomobilə gömrük baxışı keçirilib.
Komitədən "Qafqazinfo"ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində "Exact Jumbo Heavy Diabolo" yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 436


Bölməyə aid digər xəbərlər