Bütün xəbərlər
Bakıda oyuncaq tapança ilə "Topaz"a hücum oldu, qeydiyyatçı qarət olundu
Tarix: 24-09-2019 12:13 | Bölmə: Karusel

                  

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, müraciətlə əlaqədar dərhal Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.



Baxış sayı: 415


Bölməyə aid digər xəbərlər