Bütün xəbərlər
Ukraynanın hökumət başçısı bloggerliyə başladı
Tarix: 23-09-2019 19:13 | Bölmə: Karusel


                 Ukraynanın hökumət başçısı bloggerliyə başladı
Ukraynanın hökumət başçısı Aleksey Qonçaruk bloggerliyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir “Facebook” səhifəsində yazıb:
“Dostlar, nə qədər ki, bu yorucu və çətin həftə sonunun bitməsinə 1 saat var, sizə öz ilk videobloqumu –#CupPremiere göstərmək istəyirəm”.
Videobloqunda Qonçaruk hökumətin fəaliyyətindən – 2020-ci il üçün dövlət büdcəsi layihəsindən, yeni yaranan nazirlikdən, Dövlət Əmlak Fonduna təyin edilən rəhbərdən danışıb.
Qonçaruk hər bazar günü bir video paylaşmağa söz verib.



Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər