Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşəbbüsü ilə "Xocalı-qan yaddaşımız" başlığı altında anım tədbiri keçirildi
Tarix: 26-02-2018 22:37 | Bölmə: Karusel
Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər keçirilmişdir. Fevral ayının 21-dən başlayaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilməkdədir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində "Xocalı-qan yaddaşımız" başlığı altında anım tədbiri keçirildi. Tədbirdə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri, orta məktəb şagirdləri iştirak etdilər. Tədbir öncəsi YAP Pirallahı rayon təşkilatının sədri Himət Şikarov və digər qonaqlar Mərkəzin foyesində rəssamlıq və bədii-estetika dərnəyi üzvlərinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Tədbirdə orta məktəb şagirdlərinin hazırladıqları kompozisiyalar nümayiş olundu.






Baxış sayı: 833


Bölməyə aid digər xəbərlər