Bütün xəbərlər
Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib
Tarix: 25-02-2018 20:07 | Bölmə: Karusel


                          Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub   

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyununda "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gəlib.
"Azərsun Arena"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub. 
Bununla da "Kəpəz" Yunid Hüseynovun baş məşqçi olduğu dövrdə növbəti məğlubiyyətlə üzləşib və 7 xalla sonuncu pillədə qalıb. Xallarını 44-ə çatdıran "Qarabağ" isə ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqini 9-a çatdırıb.



Baxış sayı: 391


Bölməyə aid digər xəbərlər