Bütün xəbərlər
ABŞ, Danimarka və Qrenlandiya arasında Vaşinqtonda gizli danışıqların mediada yayımlanması
Tarix: 29-05-2026 14:26 | Bölmə: Dünya


 ABŞ, Danimarka və Qrenlandiya nümayəndələri gələcək münasibətləri müzakirə etmək üçün Vaşinqtonda qapalı görüş keçiriblər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Danimarka yayımçısı DR mənbələrə istinadən məlumat verib.
Danışıqlar 28 may cümə axşamı günü baş tutub və Vaşinqtonla Qrenlandiyanın da daxil olduğu Danimarka Krallığı arasında mümkün razılaşmanın hazırlanmasına yönəlib.
DR mənbələrinə görə, Danimarka və Qrenlandiya tərəfləri Amerika nümayəndələrinə Qrenlandiyanın suverenliyinin itirilməsi məsələsinin müzakirə mövzusu olmadığını açıq şəkildə bildiriblər. Mümkün razılaşmanın bağlanmasından sonra ada ABŞ-ın bir hissəsi olmayacaq.
Görüşdə danimarkalı diplomat Jeppe Tranholm-Mikkelsen, Qrenlandiya nümayəndəsi Minniguaq Kleist və ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşavir müavini Michael Needham iştirak ediblər.
DR-in sözlərinə görə, tərəflər həmçinin Çin də daxil olmaqla, Qrenlandiyada digər dövlətlərin mövcudluğunu müzakirə ediblər. Danışıqlarda Rusiyadan bəhs edilməyib.
ABŞ prezidenti Donald Tramp əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsi arzusunu bildirib. Danimarka və Qrenlandiya hakimiyyəti adanın suverenliyinə sadiq olduqlarını vurğulayaraq bu cür təşəbbüslərə qarşı çıxıblar.




Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər