Bütün xəbərlər
"Reuters": Çin Hami nüvə sahəsinin yaxınlığında 80-dən çox buraxılış meydançası inşa edib
Tarix: 29-05-2026 14:33 | Bölmə: Dünya


Çin hakimiyyəti ölkənin şimal-qərbində genişmiqyaslı hərbi infrastruktur tikintisi aparır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters"in 29 mayda son peyk görüntülərinin təhlilinə istinadən verdiyi məlumata görə, Pekin qitələrarası ballistik raketlər üçün əsas silos buraxılış yerlərini qorumaq və dəstəkləmək üçün nəzərdə tutulmuş geniş müdafiə obyektləri şəbəkəsi yaradır.
Hərbi analitiklərin fikrincə, Çin strateji nüvə potensialını sistematik şəkildə gücləndirir. Sincan Uyğur Muxtar Vilayətinin boş qalan Hami rayonunda tikinti işləri aparılır.
Çin Hami nüvə bunker sahəsinin yaxınlığında, ucqar şimal-qərbində 80-dən çox buraxılış meydançası və üç səkkizguşəli quruluş inşa edib.
AGENTLİK YAZIR.
Görüntüləri araşdıran təhlükəsizlik mütəxəssisləri göstərir ki, buraxılış meydançaları və bunkerlərlə yanaşı, kompleksdə yüksək texnologiyalı elektron müharibə (EW) və peyk rabitə sistemləri də mövcuddur.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər