18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
Bütün xəbərlər
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
Tarix: 24-05-2026 21:43 | Bölmə: Gündəm

prezidentin-qizi-ve-gelini-sosial-reabilitasiya-merkezinde



Leyla Əliyeva və Alena Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.
Mərkəzə gələn Leyla Əliyeva və Alena Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.
Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.
Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.























Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər