17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
Paşinyan 2026-cı il parlament ceçkilərində namizədliyini açıqladı
Tarix: 03-11-2025 18:51 | Bölmə: Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində hakim partiyanın siyahısı ilə iştirak etmək niyyətini təsdiqlədi. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazirin Telegram kanalında məlumat verilib.
Milli Məclisin sədri Alen Simonyan əvvəllər ölkənin növbəti parlament seçkilərinin 7 iyun 2026-cı ildə keçirilməsinə qərar verildiyini açıqlamışdı.
"Hörmətli həmkarlar, mən 2026-cı il parlament seçkilərində Vətəndaş Müqaviləsi Partiyasının proporsional siyahısı üzrə namizədliyimi irəli sürürəm", - deyə, Paşinyan yazıb.
Baş nazir əvvəllər hakim partiyanın Avropa Birliyi ilə münasibətlərini möhkəmləndirməyə və hakimiyyəti saxlayacağı təqdirdə birliyə qoşulmaq səylərini artırmağa davam etmək niyyətində olduğunu açıqlamışdı. Lakin o, Ermənistanın Aİ-yə daxil olmasının təxminən 20 il çəkə biləcəyini bildirmişdi.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər