17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
"Daily Mail": Putinin "Poseidon" bəyanatları London üçün xəbərdarlıqdır
Tarix: 03-11-2025 17:36 | Bölmə: Siyasət

"Daily Mail"in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin "Poseidon" nüvə sualtı qayığı və Xabarovsk nüvə sualtı qayığı haqqında məlumatları açıqlayaraq Böyük Britaniyaya xəbərdarlıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İddia olunduğuna görə, Rusiyanın uzun müddətdir Britaniyanı "Poseidon"la təhdid etdiyi bildirilir.
Məqalədə qeyd olunur ki, "Vladimir Putin radioaktiv sunami yarada bilən qiyamət silahını daşımaq üçün hazırlanmış qorxulu yeni nüvə sualtı qayığı haqqında məlumat açıqlayıb".
"The Daily Mail" vurğulayır ki, bu silahın hansı istiqamətdən atılacağı ilə bağlı gözlənilməzlik xüsusilə narahatedicidir.
Rusiya Müdafiə Nazirliyi Xabarovsk nüvə sualtı qayığının 1 noyabrda istifadəyə verildiyini elan edib. Nazirlik qeyd edib ki, sualtı qayıq sualtı silahların və robot sistemlərin daşıyıcısıdır.
Daha əvvəl hərbi ekspert və Siyasi Elmlər Akademiyasının proqram direktoru Aleksandr Stepanov "Rossiya 24"ə eksklüziv müsahibəsində Xabarovsk sualtı qayığının altı Poseidon pilotsuz sualtı nəqliyyat vasitəsini daşıya biləcəyini bildirmişdi.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər