17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
Təyyarə təcili eniş edib
Tarix: 03-11-2025 17:22 | Bölmə: Digər

Yüngül təyyarə Stavropol diyarının Andropov rayonunda təcili eniş edib. Bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, ölən və ya xəsarət alan olmayıb.Göyərtədə üç nəfər olub.
Bəyanatda deyilir: "Yüngül təyyarə Veselıy kəndi yaxınlığında təcili eniş edib".
Hazırda mütəxəssislər hadisənin səbəbini araşdırırlar.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər