17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
Fidan: "İsrail Qəzzaya humanitar yardımın daxil olması ilə bağlı öhdəliklərini yerinə yetirmir"
Tarix: 03-11-2025 18:58 | Bölmə: Dünya

İsrail Qəzzada atəşkəsi pozmağı dayandırmalı və humanitar yardımın anklava daxil olması ilə bağlı öhdəliklərinə əməl olunmasını təmin etməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Qəzza ilə bağlı keçirilən yeddi müsəlman ölkəsinin xarici işlər nazirlərinin görüşünün ardından bildirib.
Fidanın sözlərinə görə, İsrail Qəzzaya razılaşdırılmış miqdarda yükün daxil olmasına icazə vermir.
"Təxminən 600 yardım yük maşınının və 50 yanacaq çəninin daxil olmasını təmin etməliyik. Amma açığı, bu qədərinin Qəzzaya daxil olduğunu görmürük", - deyə, türkiyəli nazir bildirib.
Bundan əlavə, o, beynəlxalq ictimaiyyətin atəşkəs elan ediləndən bəri "təxminən 250 qəzzalını öldürən" İsrailə təzyiq göstərməsinin vacibliyini qeyd edib.
Daha əvvəl Qəzza hakimiyyəti İsrailin razılaşdırılmış humanitar yardım həcminin 24%-dən çoxunu bölgəyə buraxmayacağını açıqlayıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər