21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
20:53 / 27-09-2026
Yandırıcı sursat istehsalı haqqında danışdı
20:48 / 27-09-2026
Rusiya Silahlı Qüvvələrinin hərbçisi Ukrayna Silahlı Qüvvələrinin Oleşkini "ölü zonaya" çevirmək vəzifəsindən danışıb
“Kəmalə Ağayeva – 85” mövzusunda elmi konfrans keçirilib
Tarix: 19-11-2021 00:01 | Bölmə: Ədəbiyyat

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şairə-dramaturq, pedaqoq, tərcüməçi, publisist, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın anadan olmasının 85-ci ildönümü münasibətilə elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə konfransın əvvəlində noyabrın 16-sı erməni təxribatı nəticəsində Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Naxçıvanda əsrlər boyu formalaşmış ədəbi yaradıcılıq təmayülləri və Naxçıvan yaradıcılıq məktəbinin tanınmış nümayəndələrindən söz açıb. Bildirib ki, bu məktəbin layiqli davamçılarından biri də şairə-dramaturq Kəmalə Ağayeva olmuşdur. Kəmalə Ağayevanın həyatı və fəaliyyəti ilə bağlı dinləyicilərə məlumat verən alim şairənin yaradıcılığında vətən sevgisinin, təbiət lirikasının xüsusi yer tutduğunu qeyd edib.
Vurğulanıb ki, onun hələ sovet dönəmində Türkiyə və Özbəkistan kimi ölkələrə səfər etməsi türk dünyası ilə ədəbi əlaqələrin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Kəmalə Ağayevanın məhsuldar yaradıcılığı və ictimai fəaliyyəti dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və ulu öndər Heydər Əliyevin müvafiq fərmanları ilə şairəyə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı və Prezidentin Fərdi təqaüdü verilmişdir. Bu diqqət və qayğının davamı olaraq şairənin 60 illik yubileyi yüksək səviyyədə qeyd olunmuşdur.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Kəmalənin həyatı və yaradıcılığı haqqında” məruzəsində bildirib ki, Kəmalə Ağayeva Azərbaycan ədəbiyyatı və milli teatr tariximizə mənzum pyeslərin ilk qadın müəllifi kimi daxil olmuşdur. O, 1936-cı ildə Naxçıvan şəhərində dünyaya göz açmış, 1953-cü ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə qəbul olmuşdur. Hələ orta məktəb illərindən ədəbiyyata, şeirə, teatra böyük marağı olan Kəmalə institutda fəaliyyət göstərən Hüseyn Arifin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən biri olmuş, burada tələbə-şairə kimi məşhurlaşmışdır. Tələbəlik illərindən başladığı yaradıcılığını günü-gündən dərin mənayüklü nümunələrlə zənginləşdirmişdir.
Dosent R.Qasımov Kəmalə Ağayevanın pedaqoji fəaliyyəti haqqında məlumat verərək söyləyib ki, o, neçə-neçə savadlı kadrların yetişməsində mühüm rol oynayıb. Pedaqoji fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığa da eyni həvəs və coşqu ilə davam edən gənc söz ustadı SSRİ, eyni zamanda Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmiş, muxtar respublikada SSRİ Yazıçılar İttifaqının ilk qadın üzvü kimi adını tarixə yazdırmışdır.
“Baharın sözü” adlı ilk şeirlər kitabı işıq üzü görən şairə dramaturgiya sahəsində də qələmini uğurla sınaqdan keçirmiş, “Məhsəti” adlı 4 pərdəli mənzum faciəsi böyük marağa səbəb olmuşdur.
Şairənin sonrakı illərdə “Gül yarpağı”, “Sən olmasaydın”, “Arpaçayın nəğməsi”, “Daş piyalə”, “O dağlarda gözüm qaldı”, “Tanrıya heyranam mən”, “Apardı sellər Saranı”, “Vətənə sevdalıyam”, “Qönçələr”, “Könül verdiyim ellər”, “Əlixan məhəlləsi”, “Ay-ulduzlu gülüstanım” adlı kitabları nəşr olunmuş, “Məhsəti”, “Bir gül kimi” və “Sevdim Türkiyəni” kitabları Türkiyədə çap edilmişdir.
Məruzəçi Kəmalə Ağayevanın Naxçıvan Dövlət Musiqili Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrında göstərdiyi uğurlu fəaliyyətindən də bəhs edib. Diqqətə çatdırıb ki, həmin illərdə şairə-dramaturqun “İsmət”, “Apardı sellər Saranı”, “Mənim Tanrım gözəllikdir, sevgidir”, “Göyçək Fatma”, “Tıq-tıq xanım”, “Məlikməmməd” və “Sirli sözlər” kimi mənzum pyesləri tamaşaya qoyulmuşdur. Onun şeir və poemaları rus, belorus, gürcü, özbək, türkmən, türk, ingilis, alman, ispan, fransız və başqa dillərə tərcümə olunmuş, şairə özü tanınmış fransız şairlərinin əsərlərini orijinaldan dilimizə tərcümə etmişdir.
Tədqiqatçı bildirib ki, Kəmalə Ağayeva səhnələrdəki tamaşaları, efirlərdəki nəğmələri, dəyərli poeziya incilərini əks etdirən kitabları ilə daim xatırlanacaqdır.
Konfransda “Kəmalə poeziyasında Naxçıvan obrazı” adlı məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov şairənin yaradıcılığından nümunələr səsləndirərək Naxçıvanın tərənnümünə həsr etdiyi şeirləri şərh edib. Misralara yüklənən dərin məna yükünü təhlil edən tədqiqatçı bildirib ki, Kəmalə Ağayeva yaradıcılığında vətənə bağlılıq, doğma elinə - Naxçıvana məhəbbət mühüm yer tutur.
Elxan Məmmədov şairə ilə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb, onun nəcib insani keyfiyyətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova isə “Kəmalənin poeziyası Azərbaycan bəstəkarlarının əsərlərində” başlıqlı məruzəsində şairənin sözlərinə müxtəlif bəstəkarlar tərəfindən bəstələnmiş mahnılar, bu mahnılardan bəzilərinin tarixçəsi və ifaçıları haqqında məlumat verib. Qeyd olunub ki, ədəbiyyatımızın seçilən nümayəndələrindən olan Kəmalə Ağayeva mədəni irsimizi zənginləşdirməklə yanaşı, həm də istedadlı gənclərin aşkar olunmasında misilsiz xidmətlər göstərmişdir.
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, şairənin tələbəsi olmuş professor Tofiq Əliyev çıxışında Kəmalə Ağayevanın pedaqoji fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. Onun sahib olduğu zəngin bilikləri gənclərə ustalıqla çatdırmaq bacarığından söz açıb.
Sonda yubilyarın oğlu sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov Kəmalə Ağayeva yaradıcılığına verilən dəyər və ədəbi irsinə göstərilən diqqətə görə Bölmə rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.
Sabaha-inamla.az
Baxış sayı: 896
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR