Bütün xəbərlər
Mask: "Britaniya nəzarətsiz miqrasiya səbəbindən vətəndaş müharibəsinin astanasındadır"
Tarix: 01-11-2025 15:40 | Bölmə: Dünya

Böyük Britaniya nəzarətsiz miqrasiya səbəbindən vətəndaş müharibəsinin astanasındadır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri sahibkar Elon Mask bildirib.
Onun sözlərinə görə, bu, yalnız zaman məsələsidir.
Mask sosial media platforması X-də yazıb: "Böyük Britaniyada vətəndaş müharibəsi qaçılmazdır".
Sentyabr ayında Londonda qanunsuz immiqrasiyaya qarşı keçirilən etiraz aksiyasında 100 mindən çox insan iştirak edib. Etirazçılar Temza çayının cənubunda toplaşaraq Britaniya Parlamentinin yerləşdiyi Vestminster Sarayına yürüş ediblər.
Oksford Universitetinin apardığı araşdırma nəticəsində məlum olub ki, ötən il Böyük Britaniyada təxminən 745 min qanunsuz immiqrant yaşayır ki, bu da bütün Avropa ölkələri arasında ən yüksək rəqəmdir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər