19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
HEYDƏRBABA ŞAİRİ-Ramiz QASIMOV
Tarix: 16-09-2021 21:40 | Bölmə: Ədəbiyyat

Anadilli şeirimizin zənginləşməsində Azərbaycan ədəbiyyatının görkəmli söz ustadlarından biri, öz yaradıcılığı ilə Heydərbaba dağı kimi vüqarla dayanan Şəhriyar yaradıcılığının müstəsna xidmətləri var. Həyatı keşməkeşlərlə dolu olan böyük sənətkarın zəngin irsi Azərbaycan şeirinin inkişafına xidmətlərlə bərabər, milli dəyərlərimizə, xüsusilə ana dilimizə, ümumən Azərbaycançılığa qoyulan ən sanballı mənəvi abidədir.
Şairin özünün dediyi kimi:
Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!
Bu baxımdan Məhəmmədhüseyn Şəhriyar sadə və anlaşıqlı Təbriz dialektində yazdığı əsərlərilə mənsub olduğu xalqının dərdlərinin “haqq səsi”, “dərdini söylər dili” kimi çıxış etmişdir. Onun yaradıcılığında ana dilimizə məhəbbət, xalqın min illərlə tarixini özündə yaşadan, el birliyi və həmrəylik bağları olan adət-ənənələr xüsusilə yer alır. Bu baxımdan onun yaradıcılığı bütün bu xəlqi keyfiyyətlərin stolüstü kitabı kimi çıxış edir. Ancaq bunu da qeyd etmək lazımdır ki, şairin milli ruhlu şeirlərinin tarixi anası Kövkəb xanımla söhbətindən sonra başlayır və güclənir. Mənbələrə görə, şairin anası Kövkəb xanım ona irad olaraq bildirmişdir ki, “bala, sən necə şöhrətli bir şairsən ki, mən sənin dilini başa düşə bilmirəm?”. Şair özü də deyirmiş ki, “Rəhmətlik anam Tehrana gəldiyi vaxtdan onun sehirli nüfuzunun təsiri ilə yaddaşında qoruyub saxladığı keçmiş xatirələrinimənə danışmaqla şirin nağıllar mənim yavaş-yavaş ölü ruhuma can verdi”. Şair bu tərbiyəvi söhbətdən sonra bütün qəlbi və ruhu ilə yazdığı ölməz “Heydərbabaya salam”, o cümlədən “Səhəndiyyə”, “Türkün dili” və başqa əsərlərilə sanki ana-vətən qarşısındakı “günahlarını” yumağa çalışmış, bu əsərlərlə özünün vətəndaşlıq duyğuları və vəzifələrinə nəzər salmış, özünün əzəmətli vətəndaşlıq simasını əks etdirmişdir. Ancaq bunu da etiraf etmək lazımdır ki, şairin “Türkün dili” şeirində də yazdığı, “türkün dilitək sevgili, istəkli dil olmaz”, - deyə etiraf etdiyi şirin, ahəngdar, qədim şeir-sənət dili kimi şöhrət qazanan Azərbaycan dili onun əsərlərinə nailiyyət və şöhrət qazandırdığı kimi, şairin dərin və intəhasız istedadı da ana dilində poeziyamızın ən kamil nümunələrinin yaranmasına şərt olmuşdur. Bu baxımdan şairin böyük istedad və yüksək təblə yazdığı “Heydərbabaya salam” poeması xüsusilə diqqətəlayiqdir. Bu əsərdə Şəhriyarın uşaqlıqdan aralarında böyüdüyü adi insanların, sadə xalqın həyat tərzini, adət-ənənələrini, dilini, söz-savlarını bütün incəlik, dəqiqlik və təfərrüatla təqdimi maraq doğurur. Bəlkə də bu səbəbdəndir ki, şairin tədqiqatçısı Elman Quliyevin də yazdığı kimi, “Heydərbabaya salam” pоeması hər bir azərbaycanlı üçün ana laylası qədər əziz və müqəddəsdir. Ustad Şəhriyar Heydərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini bütün dünyaya bəyan etmişdir”. Akademik Bəkir Nəbiyev haqlı olaraq deyirdi ki: ““Heydərbabaya salam” poeması şairin göz açıb gördüyü doğma ellər, Cənubi Azərbaycan haqqında, milli həyatımız, məişətimiz, psixologiyamız haqqında vüsətli bir şairanə ensiklopediyadır”. Şəhriyarın “Heydərbabaya salam” əsəri otaylı-bu taylı həyat sürməyə məhkum edilmiş xalqımızın bir-birinə mənən-ruhən yaxınlaşması üçün olduqca əhəmiyyətli mənəvi körpü rolunu oynayır. Çünki adət-ənənələr, ana dili ayrı-ayrı sərhədlər daxilində yaşayan bir millətin, xalqın vahidlik, milli birlik pasportu, kimliyidir. Akademik İsa Həbibbəyli çox gözəl deyirdi ki, Şəhriyarın “yazdığı əsərlər azərbaycanlı ruhunun poetik ifadəsidir”. Şairin “Heydər bababaya salam” poemasında xalqa müraciətlə deyilən aşağıdakı misralar da birlik və həmrəyliyə çağırış şüarları kimi səslənir:
Heydərbaba, göylər bütün dumandı.
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın, amandı!
Yaxşılığı əlmizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Bir uçeydim bu çırpınan yelinən,
Bağlaşeydim dağdan aşan selinən.
Ağlaşeydim uzaq düşən elinən,
Bir göreydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı?!
Mübariz şair: “Heydərbaba, mərd oğullar doğginən, namərdlərin burunların ovginən”, – deyə xalqını ayrılıq və həsrəti ortadan götürmək üçün mübarizəyə də səsləmişdir.
Ustad Məhəmmədhüseyn Şəhriyar bəşəri olduğu qədər də milli şairdir. İstər fars, istərsə də ana dilində yazdığı şeirlərində elinin dərdlərini söylər dil olan şair milli məsələləri ümumiləşdirməyə və təqdim etməyə nail olur. “Məmməd Rahim həzrətlərinə cavab”, “El bülbülü”, “Süleyman Rüstəmə”, “Qardaşım Süleyman Rüstəmə”, “Döyünmə, söyünmə”, “Oyun olduq”, “Azərbaycan”, “Əsir Azərbaycanıma xitab”, “Türkün dili” və başqa şeirlərində şair mənsub olduğu xalqının dərdlərini, onun istiqlalı, xoşbəxtliyi və birliyi ideallarını əks etdirir. Şair “Əsir Azərbaycanıma xitab” əsərində ölkəsinə müraciətlə deyir:
Fədakarlıq günüdür, qalx, anam Azərbaycan!
...Ey min-min bəlalara sinə gərib, mərd duran,
Ey düşmənlər önündə qaya kimi sərt duran...
Ahın dağlara düşsün, göz yaşın dumanlara,
Ey məhəbbət, ey ülfət məskəni məğrur Vətən!
Şairin “Azərbaycan” şeiri isə ümumən bu mövzuda yazılmış əsərlər içərisində ən yaxşı nümunələrdən birini təşkil edir:
Könlüm quşu qanad çalmaz sənsiz bir an Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan...
Şeir şairin vətəndaşlıq duyğularını mükəmməl əks etdirən ən sanballı nümunələrdən biridir. “Elimin farsca da dərdini söylər diliyəm mən”, – deyən şair burada xalqının arzuları uğrunda daha çox mübariz, qətiyyətli, hətta üsyankar və kəsərli sözlərlə çıxış edir. Şair böyük cəsarətlə xalqını öyür, onun qəhrəmanlığı, mübarizliyi, fədakarlığı və sədaqətini qabarıq təqdim edir, bunun müqabilində düçar olduğu dərdlərə görə istilaçıları tənqid və qınaq edir. “Azərbaycan” şeirində mübarizə ruhu da qüvvətlidir. Müəllifin misralardakı mübarizəyə səslənişi onun istiqlal üçün darıxan və qüvvətlə döyünən qəlbinin səsidir.
Övladların nə vaxtadək tərki vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! –
misrası bütün Azərbaycana və azərbaycanlılara səsləniş kimi qiymətləndirilməlidir. Şairin “El bülbülü” şeirində də cəsarətlə dediyi: “O tay, bu tay, fərqi yoxdu, vətəndi” misrası şairin cəsarətli vətəndaşlıq duyğularının ifadəsi, Azərbaycanın siyasi və mənəvi birliyi haqqındakı düşüncələrinin örnəyidir.
Beləliklə, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı milli və bəşəri mövzulara həsr olunmuş, aktual məsələlərlə zəngin bir poeziya, xalqının mənəviyyat mənbəyi, bəşəriyyətin ideallar lövhəsidir. Şəhriyar təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin ən nəhəng söz adamlarından biri, mənsub olduğu xalqının söylər dilidir.
P.S. Qarabağ və Şuşamızın az qala simvoluna çevrilən böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyinə gələ bilməmişdi ustad Şəhriyar. Qəlbi Vətən həsrətilə döyünən, el birliyini, vətən bütövlüyünü ideala çevirən şairə icazə verilməmişdi ömründə bir dəfə Vətəninin qüdrətini göstərən Azərbaycanın əsas hissəsinə gəlsin.Gələ bilməyən şairin cismiydi. İllər ötüb, Azərbaycan Qüdrətli Ordusu və Uzaqgörən Lideri, Ali Baş Komandanının başçılığı ilə Şuşanı azad edib, Vaqifin də məzarını, məzarüstü abidəsini el ziyarəti ünvanına çevirib. Əminik ki, şairin ruhu sevinə-sevinə “Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan” dediyi vətəni Azərbaycanda, Şuşadadır. Azadlığa vaqif olan həmvətənləri ilə birgə onu ziyarət edənlərin arasındadır...
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 519
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR