23:05 / 23-11-2024
İsrail Hərbi Hava Qüvvələri Suriya ilə Livan sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurub
22:44 / 23-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub
22:39 / 23-11-2024
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
21:57 / 23-11-2024
"Bloomberg": Mask yenə planetin ən zəngin adamıdır
21:36 / 23-11-2024
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb
21:30 / 23-11-2024
Xumar Qədimovanın yeni “Ay”ı... - Video
21:26 / 23-11-2024
Litvada 2,5 mindən çox NATO əsgəri yerləşdirilib
21:17 / 23-11-2024
Karine Jean-Pierre G20 sammitində rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
20:59 / 23-11-2024
"Yle": Finnair pilotların tətili səbəbindən təxminən 300 uçuşu ləğv etdi
20:54 / 23-11-2024
Zalujnı hesab edir ki, Rusiya Silahlı Qüvvələri 2027-ci ildə cəbhəni yarıb keçəcək
20:46 / 23-11-2024
Qaz partlayışı nəticəsində bir nəfər xəsarət alıb
20:43 / 23-11-2024
Putin miqrantların sənədlərinin saxtalaşdırılmasına görə 60 milyon rubla qədər cərimələr haqqında qanun imzalayıb
20:34 / 23-11-2024
Fransanın xarici işlər naziri Borro: "Ukraynanın Rusiya Federasiyasına SCALP raketləri atmaq hüququ var"
20:28 / 23-11-2024
HƏMAS bildirir ki, Qəzzanın şimalında israilli girov ölüb
20:23 / 23-11-2024
Zaxarova: "Paris Kiyevi dəstəkləmir, amma bitirir"
20:20 / 23-11-2024
Bir nəfər yaşıl metro xəttinin üzərinə yıxılıb
20:17 / 23-11-2024
Zelenski: Ukraynada 300-dən çox liman infrastrukturu obyekti zədələnib
20:11 / 23-11-2024
Bir qrup şəxs təltif olundu - Siyahı
20:07 / 23-11-2024
Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı - Fərman
19:59 / 23-11-2024
Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
14:20 / 23-11-2024
Rusiyanın Qırğızıstandakı səfiri əmək miqrasiyası məsələsini kəskin, lakin çox vacib adlandırıb
14:16 / 23-11-2024
Abxaziya İttifaq dövlətinin vahid valyutasının sınaqdan keçirilməsini təklif edib
14:13 / 23-11-2024
"Yabloko" Şlosberqin saxlanmasının səbəbini açıqlayıb
14:08 / 23-11-2024
Peskov: "Qərbdə söz azadlığı yoxdur, son illərin hadisələri bunu göstərir"
14:03 / 23-11-2024
Ovçu silahını boşaldarkən ovçuya atəş açıb
13:57 / 23-11-2024
Həkimlər bir yeniyetmənin sidik kisəsindən 46 maqnit top çıxarıblar
13:52 / 23-11-2024
"Qazprombank" UnionPay kartlarının Türkiyədə qəbulu dayandırılıb
13:46 / 23-11-2024
Bastrıkin qızın döyülməsindən sonra cinayət işinin açılmasını əmr edib
13:40 / 23-11-2024
Qırğızıstan-Rusiya Slavyan Universiteti 15 min nəfərlik kampus tikəcək
13:37 / 23-11-2024
"Bloomberg": Avropa növbəti enerji böhranı ilə üz-üzədir, qazın qiyməti 45% artıb
13:02 / 23-11-2024
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
22:33 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
22:20 / 22-11-2024
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
21:58 / 22-11-2024
Laosda 6 turist metanoldan zəhərlənib
21:26 / 22-11-2024
Putin: "Oreşnik zərbəsinin təsiri strateji silahla müqayisə oluna bilər"
21:01 / 22-11-2024
Zaxarova amerikalı senatorun Hollandiyanı işğal etmək çağırışına cavab verib
20:44 / 22-11-2024
Livanın cənubundakı UNIFIL bazasına raket zərbələri endirilib, nəticədə dörd italyan sülhməramlısı yaralanıb
ŞUŞANIN SÖNMƏZ MƏŞƏLİ-KAMAL CAMALOV
Tarix: 05-09-2021 00:22 | Bölmə: Ədəbiyyat
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 12 yanvar 2017-ci ildə görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamdan artıq üç il keçir. Vaqif yaradıcılığı ilə bağlı yazıların birində vurğulamşdıq ki (“Vedibasar” qəzeti. 16 mart – 15 aprel, 2017, №07-08 (338-339), “Ali baş komandana, milli ordumuza güvənərək deyirik ki, Vaqifin 305 yaşını doğma elində, Azərbaycanın dilbər guşəsi sayılan Qarabağda atəşfəşanlıqla qeyd edəcəyik”. Bəli, arzumuz, diləyimiz reallaşdı. Üzdəniraq erməni vandalları tərəfindən yerlə yeksan edilən “Vaqif məqbərəsi” Ali baş komandan İlham Əliyevin tapşırığı və göstərişi əsasında yenidən bərpa edilərək öz əzəmətinə qovuşdu.
Molla Pənah Vaqif öz yaradıcılığı ilə Azərbaycan şeirində yeni səhifə açmış, qoşma, təcnis, qəzəl və müxəmməsləri ilə hər bir Azərbaycanlı oxucusu üçün əziz olmuşdur. Vaqif tarixin sınağından, zamanın imtahanından keçmiş böyük bir şair, ölməz bir sənətkardır. Vaqifin yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda da dünya mədəniyyəti xəzinəsini zənginləşdirmişdir. Bu mənada, Molla Pənah Vaqifi Türk yazıçısı Kamal Tahir “Əzəmətli sərkərdə”, Litva şairi Albinas Jukauskas “Poeziyanın məşəli”, İraq şairi Şakir Zabit “Gözəl söz ustadı”, Macar şairi Geza Kepeş “Şərq poeziyasının ustadı”, Qazax ədibi Həmid Yerqaluyev “Mübariz vətəndaş şair”, Belarus şairi Yanko Sipakov “Nəğməkar şair”, Kuba ədibi Luis Marre “Əbədi eşq şairi”, Tacik ədəbiyyatşünası Nəsircan Məsumi “Gözəllik nəğməkarı”, Türkmən şairi Kərim Kurbannepesov “Türkmənlərin sevimli oğlu”, Yuqaslaviya şairi Nicati Zəkəriyyə “Sönməz məşəl”, Moldaviya ədəbiyyatşünası Andrey Strumbanu “Səmada parlaq ulduz”, Bolqarıstan şairi İvan Burin “Musiqini bərqərar edən şair”, “Folk und velt” nəşriyyatının redaktoru alman yazıçısı Astrit Klook “Dünyaya vurğun şair”, Polşa şairi Yan Xuşşa “Dərin, coşqun, parlaq və obrazlı lirika şairi” kimi adlarla mədh etmişlər. Göründüyü kimi, Vaqifin poeziyası müxtəlif dillərdə danışır və Vaqif yaradıcılığı layiqincə qiymətləndirilir.
M.P.Vaqif şairlər, aşıqlar yurdu olan doğma yurdunda – Qazaxda mükəmməl mədrəsə təhsili almış, ana dilindən başqa, fars, ərəb dillərini də öyrənmiş və bu dillərin köməyi ilə böyük sələfləri sayılan Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli, Məsihi kimi şairlərin əsərlərini mütaliə etmiş, Əbülqasım Firdovsi, Cəlaləddin Rumi, Sədi Şirazi, Hafiz Şirazi, Əbdürrəhman Cami, Əlişir Nəvai kimi ölməz söz ustadlarının da əsərləri ilə tanış olmuşdur. Akademik Həmid Araslının sözləri ilə desək, eyni zamanda xalq məişətinə, adət və ənənələrinə gözəl bələd olub, xüsusən aşıqların dastan və qoşmalarını sevə-sevə dinləmiş, saz çalmaq öyrənmiş, özü də bu xalqın açıq ana dili tərzində şeirlər söyləməyə başlamışdır (4, səh.270).
Görkəmli mollanəsrəddinçi və repressiya qurbanı Salman Mümtazın “Azərbaycan ədəbiyyatının qaynaqları” (5, səh.263) adlı əsərinə əsaslanaraq deyə bilərik ki, M.P.Vaqif ilk dəfə məktəbdarlıq fəaliyyətinə Tərtərbasarda (Tərtərdə), sonra isə Pənahabadın (Şuşanın) Saatlı məhəlləsində başlamışdır. Belə bir tarixi şəraitdə meydana atılanmüəllim və şair Vaqif öz istedadı, biliyi ilə etibar və ümid doğuran bir qüvvəyə çevrilir. Onun şeirləri hər bir oxucunu həyata, şənliyə, xoşbəxtliyə çağırır. Şair dərin bir səmimiyyətlə inandırır ki, insan güclüdür, dünyanın əzabı onun belini bükə bilməz, o, təslim olmamalıdır – həyat nə qədər əzablı olsa da şirindir, gözəldir və ondan üz döndərmək, küskünləşmək ağılsızlıqdır.
Toy-bayramdır bu dünyanın əzabı,
Əqli olan ona gətirər tabı (1, səh.161).
Vaqif öz oxucusunu inandırır ki, insan dünyaya sevginin gözləri ilə baxmalıdır.
Böyük sənətkarlar və sənət əsərləri min bir tellərlə əsrin, zəmanənin psixoloji fikri həyatı ilə, ideoloji meylləri, siyasi-ictimai, mənəvi-əxlaqi xüsusiyyətləri və tələbləri ilə bağlı olur. Bu əlaqənin mürəkkəb və çoxcəhətli olduğu, hər sənətkarın fərdi xüsusiyyətləri, zövqü və görüşləri ilə şərtləndiyi də məlumdur. Mirzə İbrahimov “Vaqif və zəmanə” adlı elmi məqaləsində yazır ki, Vaqif böyük şair olmaqdan başqa çox görkəmli dövlət xadimi – Qarabağ xanlığının baş vəziri idi və zəmanəsindəki siyasi mübarizələrin mərkəzində dururdu. Təbiidir ki, onun yaradıcılığını əsrlə, dövrlə bağlayan tellər daha güclü olmalı idi. Xüsusən, Qarabağ xanlığının o zaman ən güclü xanlıqlardan olduğunu, Azərbaycan ərazisinin böyük bir hissəsini birləşdirdiyini, buna görə də o dövrdəki kəskin, tez-tez dəyişən və təlatümlü siyasi mübarizələrin mərkəzində durduğunu nəzərə alsaq, Vaqif həyatını siyasi mübarizələrdən, dövrün siyasi-ictimai cərəyanlarından kənar təsəvvür edə bilmərik. Həqiqətdə də belədir. Vaqif Qarabağ xanlığının və Azərbaycandakı başqa xanlıqların, həmçinin İranın, Gürcüstanın, üzdəniraq Ermənistanın taleyi ilə bağlı olan bir sıra böyük hadisələrin və cərəyanların fəal iştirakçısı olmuşdur. Bununla belə onun yaradıcılığında, bir neçə əsəri istisna olmaqla, siyasi ideyalar çox dərinlərdə gizlənmişdir.
Akademik Həmid Araslı “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı dərs vəsaitində Molla Pənah Vaqifin nücum (astronomiya) elminin də qabil bilicisi olduğunu qeyd edir. Həmçinin, bu fikrin dəlil kimi etibarlığına Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” adlı tarixi əsərində də rast gəlirik. Nücum elmi göy cisimləri vasitəsi ilə yerdə baş verən hadisələr onların təsirini öyrənən bir elmdir. Tarixi həqiqətləri özündə əks etdirən “Qan içində” adlı əsərdə də belə işıqlandırılır ki, Ağa Məhəmməd şah Qacar Şuşaya ikinci dəfə hücum etdiyi zaman (1797-ci ildə) qalanın müdafiəsində M.P.Vaqif şəxsən iştirak etmişdir. Qacar “Şuşa qalası”nı fəth etdikdən sonra Vaqifi də ölümə məhkum edir. Vaqifə nifrət bəsləyən Məhəmməd-hüseyn xan şairin şəninə yaraşmayan söyüşlər söyərək onu təhqir edir. Vaqif ulduzları seyr edərək deyir ki: “Şəb abistənəst, ta çi zayəd bəruz” (6, səh.314) (Gecə hamilədir, kim bilir sabah nə olacaq). Bildiyimiz kimi, Qacar özü qətlin qurbanı olur. Bu zaman İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir xanlığı əlinə keçirir və ilk növbədə də əmisi İbrahim xana yaxın olan adamları qətlə yetirməyi qarşısına məqsəd qoyur. M.P.Vaqifin nüfuzundan daha çox qorxan Məhəmməd bəy Cavanşir Vaqifi və oğlu Əlibəyi Cıdır düzündə öldürtdürür və evini də yağmalayır.
Təbii ki, faciə həqiqət olsa da Molla Pənah Vaqifi tarixin səhifələrindən silib apara bilmədi. Çünki Vaqif öz yaradıcılığı ilə ədəbi-pedaqoji fikrin inkişafında yeni bir dövr açmış, öz sələflərindən öyrənmiş olsa da onların görə bilmədiyi son dərəcə mühüm bir işi görmüşdür. O da bundan ibarətdir ki, Vaqif ədəbiyyatı milli həyata, milli məişətə,milli xarakterə doğru yönəltmiş, realist bədii təfəkkürə getdikcə genişlənən və dərinləşən daimi bir cığır açmışdır. Onun şeirlərinin mövzusu da, forması da, üslubu da yuxarıda qeyd etdiyimiz kimi, xalqın həyatından, məişətindən, milli keyfiyyətlərindən doğmuşdur. Vaqif tam mənası ilə milli bir şairdir. Vaqifə qədər heç bir Azərbaycan şairinin əsərlərində milli həyatımız bu qədər dolğun, səmimi və təbii bir şəkildə təsvir edilməmişdir. “Elə şairlər var ki, istedadının səviyyəsinə görə Vaqiflə heç müqayisə oluna bilməz. Səbəbi də ondadır ki, Vaqifin sənətkarlığını nə qədər söz işlətməsi deyil, sözdən necə istifadə etməsi aşkarlayır” (8, səh.121). Məsələn:
Əbəs-əbəs neçin qaçırsan məndən,
Mən ki, zalım, adam yeyən deyiləm (1, səh.43).
Yaxud:
Ol Xədicə haqqı, Səkinə haqqı.
Xeyrannisa haqqı, Əminə haqqı,
Kəbə, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim! (1, səh.48).
Yaxud da:
Can alırsan yenə, bu nə sürmədir
Çəkibsən ol xumar gözə, Fatimə? (2, səh.26).
Sənə peşkəş etmənəmmi can-başı,
Neçin bir gəlməzsən bizə, Fatimə? (3, səh.12).
Göründüyü kimi, dil etibarı ilə də şeirimiz heç bir zaman Molla Pənah Vaqif qədər xalqa yaxın olmamışdır. Onun poetik obrazları füsunkar və həyatidir. Heç də düşünməyək ki, Vaqif üç yüz il bizdən uzaqdadır, xeyir Vaqif sanki müasirimizdir.
Molla Pənah Vaqif Şərq şeirinin bütün vəznlərini yaxşı bilmiş, doğma dilində, xalqının ruhunu və zövqünü oxşaya biləcək səpgidə yazıb-yaratmağı üstün tutmuşdur. Xalq dilindən gələn təbii, səmimi ifadələr oxucunu məftun edir. Firidunbəy Köçərli Vaqifin xalq ədəbiyyatı ruhunda yazdığı əsərlərinin “...həqiqi həyatdan nəşət etdiyini” söyləyirdi, Vaqifi həyatı doğru təsvir edən bir realist kimi müasirlərinə nümunə göstərirdi: “Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olubdur” (7, səh.159). Yaxud Firidunbəyin Vaqiflə bağlı başqa bir fikrinə nəzər salaq: “Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, ədəb və əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza (övza – vəziyyət – K.C.) və dəstgahını Vaqif... gözəl əşar (əşar – şeir – K.C.) və kəlami-abidar (abidar – xoşagələn – K.C.) ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur” (7, səh.174). Vaqifin sadə, anlaşıqlı dilindən Səməd Vurğun da “Öz xalqının böyük oğlu” adlı məqaləsində bəhs edərək yazır ki, “Vaqifdəki gözəl, dərin lirizm, sadəlik və xəlqilik, həm də şairlərimiz üçün ən böyük poetik məktəbdir”.
Molla Pənah Vaqif Azərbaycan pedaqoji fikir tarixində məhəbbət, gözəllik lirikasının yaradıcısı və misilsiz ustadı kimi şöhrət qazanmışdır. M.P.Vaqifin yaradıcılığı bütün bədii keyfiyyətləri və xüsusiyyətləri ilə dərin ictimai mənaya malikdir, vətəndaşlıq duyğuları ilə aşılanmışdır, zəmanəsinin ruhunu əks edirdi, onun mənəvi, əxlaqi və estetik tələblərinə cavab verirdi. Yenə də S.Vurğunun təbiri ilə desək, Vaqif yaradıcılığı ictimai təfəkkürümüzün və poeziyamızın inkişafı tarixində tamamilə yeni bir mərhələ olmuşdur.
Məlum bir həqiqətdir ki, Molla Pənah Vaqif, öz dövrünün görkəmli şairi – lirik sənətkarı olmaqla yanaşı, həm də gözüaçıq, təcrübəli siyasi xadim, elmə-maarifə xüsusi əhəmiyyət verən maarifçi idi. Şair elmin, maarifin əhəmiyyətini özünün əməli-yaradıcılıq işində və ictimai-siyasi fəaliyyətində dönmədən nümayiş etdirmiş, gəncləri oxumağa, elmin dərinliklərinə baş vurmağa həvəsləndirmişdir. Doğrudur, müəllifin şeirlərində bilavasitə məktəbə, maarifə və elmə çağıran motivlər hiss edilməyəcək dərəcədə zəifdir; bununla belə, şairin keşməkeşli, ziddiyyətli, böhranlarla dolu həyat yolunda və əməli yaradıcılıq fəaliyyətində əxlaqi-tərbiyəvi işlərə böyük diqqət yetirməsi, yeri düşdükcə şeirlərində tərbiyəvi-didaktik mülahizələrə geniş yer verməsi Vaqifi fəal bir maarif xadimi, pedaqoq kimi də tanıtmışdır.
Çox maraqlıdır ki, tərbiyə, əxlaq, etika və sair pedaqoji prinsiplərlə əlaqədar fikirlər, şairin estetik baxışlarında gözəllik anlayışını tamamlayan, bu anlayışın məzmununa yeni cizgilər gətirən mühüm müddəalar kimi daxil olmuşdur.
Etika və ədəb qaydalarından danışarkən şair çox incə mətləblərə əl aparırdı. O, təlim-tərbiyə, əxlaqi saflıq və xarakterin möhkəmliyi kimi etik məsələləri izah edərkən bir mühüm, düşündürücü həqiqəti də geniş şərh edirdi. Bu da sevgidə sədaqət, azad məhəbbət ideyası yolunda hər növ cəfaya dözmək, ilqar saflığı və əhdə dönük olmamaq kimi yüksək əxlaqi-estetik prinsiplərin ardıcıllıqla müdafiəsindən ibarət idi. Şair belə bir işıqlı, təmiz qayəni təlim edirdi: sevgi, eşq, gözəllik o zaman birləşə bilər ki, sevgililər arasında düz ilqar, təmiz, aydın və nurlu bir əlaqə yaransın. Gözəllik azad, bakir və ülvi bir məhəbbətə layiq keyfiyyətdir, elə bir keyfiyyətdir ki, yalnız mənəvi-əxlaqi saflığı etibarilə yüksək olanlar bu keyfiyyəti yaşada bilər:
Yasəmən tellərin, nərgiz gözlərin
Mənimlə, gözəlim çoxdan yağıdır.
İnsaf et, öldürmə, günahsız qulu
Əl-əldən üzülür, yaman çağıdır.
Kamalın gözəldə xəti kəm gərək,
Sevgi gərək, söhbət gərək, dəm gərək.
Aşiqə vəfalı bir həmdəm gərək,
Həmdəmsiz bal yesə, ona acıdır (1, səh.80).
Burada da görürük ki, dil etibarı ilə də şeirimiz heç bir zaman Molla Pənah Vaqif qədər xalqa yaxın olmamışdır. Onun poetik obrazları füsunkar və həyatidir. Heç də düşünməyək ki, Vaqif üç yüz il bizdən uzaqdadır, xeyir Vaqif sanki müasirimizdir.
Molla Pənah Vaqif mənsub olduğu xalqın, doğma yurdunun gənclərini, ayıq, huşyar cavanlarını elmə-maarifə yiyələnmiş, açıqgözlü, mədəni bir nəsil kimi görmək istəyirdi. Onun poeziya yaradıcılığında estetik gözəlliyin əsasında şairin tərbiyəvi-əxlaqi qayəsinin, təlim etikaya dair müddəalarının geniş şərhi dayanmışdır. Şair cismən və ruhən gözəl, azad və təmiz gəncliyi, ağıllı, nəcib, həyat mübarizəsinə hazır, sevgidə, dostluqda möhkəm, yüksək əqidəli vətəndaşlar kimi görmək, tanımaq və tərənnüm etmək idealları ilə yaşayırdı.
Qeyd etdiyimiz kimi, Vaqif poeziyasında həyata bağlılıq və nikbinlik ideyası artıq tamamilə vətəndaşlıq hüququ qazanır və dərin ictimai, əxlaqi məzmun kəsb edir. Bu nikbinliyin və həyat eşqinin arxasında duran müsbət ideal dinin, tərkidünyalıq meyllərinin çox qüvvətli olduğu XVIII əsrin şəraitində böyük mütərəqqi əhəmiyyətə malik idi. Dünyəvi hisslərin coşğun təbliğatçısı olan Molla Pənah Vaqifin lirik qəhrəmanı şəxsiyyət etibarı ilə də bir çox cəhətdən nəzər-diqqəti cəlb edir. Mükəmməl mədəniyyətə, zəngin mənəvi aləmə malik olan bu şəxsiyyət hər şeydən əvvəl, dərin düşüncə, yüksək zövq əxlaq sahibidir. Onun islam dininə və bu dinin hamı üçün müqəddəs sayılan qayda-qanunlarına münasibət olduqca sərbəstdir. Şairin lirik qəhrəmanı qoynunda yaşadığı real həyatı, onun saysız-hesabsız nemətlərini, dünya zövqünü din xadimlərinin dönə-dönə tərif etdiyi cənnətlə, behiştlə dəyişmək, nağdını qoyub nisyə arxasınca getmək istəmir. O, bu dünyanın əzab-əziyyətini, qəm-qüssəsini belə axirət aləminin vəd etdiyi bütün nazü-nemətlərdən, zövqü-səfadan üstün tutur.
Ey mələk xoylu, ey tabu boylu yar,
Kuyindir cənnəti-rizvanım mənim.
Huri qılman olsa, girməz gözümə,
Sənsən candan əziz cananım mənim (1, səh.45).
Yaxud:
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,
Hər zaman kuyində ziyarətimdir.
Qiblə deyil, qaşlarına baş əymək –
Gecə-gündüz, mənim ibadətimdir (1, səh.78).
Yaxud da:
Hər kəsin dünyada bir qibləsi var,
Mən də yönüm sənə sarı tutmuşam (1, səh.41).
Molla Pənah Vaqif həyatda hər gün rast gəldiyi “üzünü həm qiblə, həm Məkkə, Mədinə hesab etdiyi”, “qaşlarının tağinə iki dünyanı qurban” verməyə hazır olduğu gözəlləri unudub xurafatçılığın, mövhumatçılığın təzahüri olan pərilərin, hurilərin xəyalı ilə yaşamaqda heç bir məna görmür. Onun nəzərində sevgilisinin hüsnü, gözəlliyi, vüsalı hər şeydən üstün, hər şeydən əzizdir.
Yekun olaraq qeyd edək ki, yurdumuz, dilimiz var olduqca Molla Pənah Vaqif də bizimlə əbədi olacaqdır. Şair və vətəndaş Molla Pənah Vaqif xalqa və sənətə xidmətin örnək dərəcəsində bir nümunədir. Onun ömrü bəşərin yaraşığıdır və gələcək nəsilə belə də ötürüləcəkdir. Molla Pənah Vaqif istedadlı, qurucu, təcrübəli və müdrik dövlət xadimi olsa da, şair Vaqif kimi əbədi yaşayacaqdır.
ƏDƏBİYYAT
1. Molla Pənah Vaqif. Əsərləri (Şeirlər). Bakı: Yazıçı, 1988, 192 səh.
2. Molla Pənah Vaqif. Əsərləri. Bakı: Azərnəşr, 1960, 260 səh.
3. Molla Pənah Vaqif. Seçilmiş əsərləri. Bakı: Maarif, 1978, 160 səh.
4. H.Araslı. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Azərnəşr, 1956, 328 səh.
5. Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı: Yazıçı, 1986, 445 səh.
6. Y.V.Çəmənzəminli. Qızlar bulağı. Qan içində. Romanlar., Bakı: Yazıçı, 1987, 328 səh.
7. F.Köçərli. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı: Elm, 1978, 600 səh.
8. Nizami Cəfərov. Füzulidən Vaqifə qədər. Bakı: Yazıçı, 1991, 168 səh.
KAMAL CAMALOV,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 870
Bölməyə aid digər xəbərlər

13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ
19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski