07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
ABŞ-ın obyektləri bombalamaqla bağlı təhdidlərindən sonra iranlılar elektrik stansiyalarının yaxınlığında toplaşıblar
Tarix: 23-03-2026 21:37 | Bölmə: Dünya


ABŞ prezidenti Donald Trampın İslam Respublikası Hörmüz boğazını açmaqdan imtina edəcəyi təqdirdə ölkədəki bu cür obyektlərə zərbə endirməklə bağlı təhdidlərindən sonra İranda bir qrup insan elektrik stansiyalarının yaxınlığında toplaşıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, video "Fars" xəbər agentliyi tərəfindən Telegram kanalında dərc edilib.
Bir qrup iranlının Əhvaz yaxınlığındakı Ramin elektrik stansiyasının yaxınlığında, digər bir qrupun isə Məşhəddəki elektrik stansiyasının ətrafında toplaşdığı bildirilir.
Daha əvvəl Tramp ABŞ və İranın son iki gündə "çox yaxşı və məhsuldar danışıqlar" apardığını bildirmişdi. Bunu nəzərə alaraq, Amerika lideri Pentaqona İranın enerji obyektlərinə zərbələri beş gün təxirə salmağı tapşırdı.
Bu arada, bir gün əvvəl Tramp İslam Respublikası Hörmüz boğazını açmasa, iki gün ərzində İran elektrik stansiyalarına və enerji infrastrukturuna zərbə endirəcəyi ilə hədələmişdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər