09:52 / 24-01-2026
Keçmiş müdafiə nazirinin müavininin müsadirə edilmiş əmlakının dəyəri 180 milyon rublu keçib
09:48 / 24-01-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ərazi məsələsi həll olunmadan sülh sazişi mümkün deyil
09:46 / 24-01-2026
Ada yaxınlığında dalğıc ölüb
09:41 / 24-01-2026
Podpolkovnik Devis: "Əbu-Dabidə Rusiya ilə danışıqlar Zelenskinin panikaya düşməsinə səbəb olub"
09:38 / 24-01-2026
Ağ Ev: Avropa yavaş-yavaş özünü öldürür
09:35 / 24-01-2026
Vahid Dövlət İmtahanının təkmilləşdirilməsi üçün şura yaratmağı təklif etdi
09:30 / 24-01-2026
ABŞ maliyyə naziri Bessent Kanadanın Alberta əyalətini ABŞ-ın təbii tərəfdaşı adlandırdı
09:26 / 24-01-2026
20 saat soyuq suda qalan dalğıc xilas edilib
09:22 / 24-01-2026
Hind okeanında "MH370" təyyarəsinin qalıqlarının axtarışı hələlik nəticəsiz qalıb
09:19 / 24-01-2026
Təyyarə Barnaula təhlükəsiz şəkildə çatdı
23:39 / 23-01-2026
Zelenski: "Əbu-Dabidəki danışıqlarda münaqişənin sona çatması üçün parametrlər müzakirə olunur"
23:32 / 23-01-2026
Timoşenko millət vəkilinin rüşvət işi üzrə tam girov ödənişini təsdiqlədi
23:24 / 23-01-2026
Türkiyə xarici işlər naziri: "Ukraynadakı münaqişə tərəfləri razılığa yaxınlaşıblar"
21:31 / 23-01-2026
Belarusda mexanikləşdirilmiş bölmə döyüş hazırlığı vəziyyətinə gətirilib
21:29 / 23-01-2026
4 uşaq xəstəxanaya yerləşdirilib
21:19 / 23-01-2026
Kolleksiyaçı 104 rəsm əsərinin oğurlanmasının səbəbini açıqladı
21:08 / 23-01-2026
Ağır Atletika Federasiyası rusiyalı gənc idmançıların öz dövlət bayrağı və himni ilə yarışmaq hüququnu bərpa edib
21:02 / 23-01-2026
Moskvanın qərbində itlərin zəhərlənməsi ilə bağlı polis iş açıb
20:57 / 23-01-2026
BƏƏ Prezidenti Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri ilə görüşüb
20:53 / 23-01-2026
TASS: BƏƏ-də Ukrayna danışıqlarının ilk raundları qapalı qapılar arxasında keçiriləcək
09:54 / 23-01-2026
"Superjet" təyyarəsinin mühərrikləri quş zərbəsi zamanı sınaqdan keçirilib
09:48 / 23-01-2026
PUA-nın hücumuna məruz qalan neft anbarının görüntüləri yayılıb
09:46 / 23-01-2026
Bir həftə əvvəl qəzaya uğrayan təyyarədən 10 nəfərin cəsədi tapılıb
09:43 / 23-01-2026
Dron parçaları düşən evin damı alovlanıb
09:34 / 23-01-2026
TASS: Vitkoffun təyyarəsi BƏƏ-yə doğru gedir
09:31 / 23-01-2026
Zavodda xlor zəhərlənməsi ilə bağlı cinayət işi açılıb
09:28 / 23-01-2026
14 yaşlı oğlanın qaçırılması ilə bağlı cinayət işi açılıb
09:23 / 23-01-2026
Ekspert Leonkov: "Kiyev enerjinin bərpası üçün Qərb yardımı almır"
09:19 / 23-01-2026
24 saat ərzində ikinci zəlzələ baş verib
09:16 / 23-01-2026
Uşaqlar arasında norovirus infeksiyasının mənbəyi otel işçiləri olub
23:59 / 22-01-2026
Federal Millətlər Agentliyinin şöbə müdiri saxlanılıb
23:39 / 22-01-2026
Filippot Zelenskinin Orban haqqında təhqiramiz açıqlamalarından qəzəbləndi
23:26 / 22-01-2026
BOK: Rusiya idmançıları İtaliyada keçiriləcək Olimpiya Oyunları zamanı media ilə ünsiyyət qura biləcəklər
21:35 / 22-01-2026
Altı nəfərlik ailə, o cümlədən bir uşaq, dəm qazından zəhərlənib
21:32 / 22-01-2026
Zelenski Davosda çıxışı zamanı Orbanı şillələməklə hədələdi
21:19 / 22-01-2026
Zelenski Davosda Trampla görüşdükdən sonra AB-ni tənqid etdi
20:59 / 22-01-2026
Polşanın keçmiş prezidenti Andjey Duda və həyat yoldaşı konsaltinq biznesinə başlayıblar
20:50 / 22-01-2026
Dzyubanın qolu "Akron"a kömək etmədi
ULU ÖNDƏRİN MÖHTƏŞƏM OBRAZI -Ramiz QASIMOV
Tarix: 10-05-2021 02:15 | Bölmə: Ədəbiyyat

I yazı
Azərbaycanda dövlət müstəqilliyinin əldə olunmasından sonra ədəbiyyat sahəsində də mövzu və problem məsələsi yeni məsələlərlə zənginləşmişdir. Amma bunu vurğulayaraq demək lazımdır ki, ədəbiyyatımızda bu dövr üçün bir məsələ aparıcı, aktual və ümumi idi ki, ümumiyyətlə, ölkənin düşdüyü ağır hərbi-siyasi durum, müstəqillik ideyaları və xalq hərəkatı, ulu öndər Heydər Əliyevin Naxçıvanda Azərbaycanın müstəqilliyi və dövlətçiliyi naminə apadığı mücadilə başlıca mövzuya çevrilmişdi. Bu mərhələnin əsas, baş qəhrəmanı bir tərəfdən Vətən, bir tərəfdən də özünün Vətənpərvər və güclü liderlik xüsusiyyətləri ilə xalqın ümid yerinə çevrilən xilaskar Heydər Əliyev və Vətən naminə ümumxalq mübarizəsinə qoşulan xalqın özü idi. Naxçıvanda yeni inkişaf dönəmi yaşayan ədəbi mərhələnin baş və aparıcı qəhrəmanı məhz ulu öndər Heydər Əliyev idi. Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərdə, yaxud sırf Naxçıvanın özünə həsr edilən şeir nümunələrində naxçıvanlı şairlər Naxçıvanın bugünkü inkişaf tempi və yenilənmə istiqamətinə aid kifayət qədər fikir, münasibət bildirmiş, təqdir edərək tərənnüm etmişlər. Naxçıvanı keçdiyi tale və mübarizə yolu ilə bədii ədəbiyyatın obrazına çevirən qiymətli əsərlər arasında poema janrı xüsusi yer tutur. Bu əsərlərdə Naxçıvan baş qəhrəman kimi çıxış edərək bir qərinənin, epoxanın salnaməçisinə çevrilir. Poemalar arasında mövzu-məzmun mündəricəsinə görə öncüllüyü Ulu Öndər Heydər Əliyevə və Naxçıvanın müasirləşməsinə həsr olunan əsərlər tutmaqdadır. Ümumiyyətlə, Naxçıvan ədəbi mühitinin nümayəndələri qeyd edilən mövzulara münasibətdə daha həssas və fəal olmuşlar. Buna səbəb isə, fikrimizcə, belə əsərlərdə yazıçı və şairlərin mövzuya Naxçıvanın taleyi timsalında yanaşmaları, ümumiləşdirmə apara bilmələri olmuşdur. Bir qərinəlik dövrü təşkil edən bu mərhələdə poema daha fəallıq təşkil edir, maraqlı və əhəmiyyətli məzmuna malik poemalar yaranırdı. Naxçıvan ədəbi mühitində poema yaradıcılığı sahəsində Elman Həbib “Həqiqət Günəşi”, “İnsanlıq dastanı. Heydərnamə”, İbrahim Yusifoğlu “Bu nəğməm sənədi, doğma Naxçıvan”, Həsənəli Eyvazlı “Naxçıvan haqqında ballada”, Ələsgər Nehrəmli “Heydərnamə”, Zeyqəm Vüqar “Tanı Naxçıvanı” kimi poemalarda Ulu Öndər Heydər Əliyevin nəhəng obrazı, misilsiz həyat və fəaliyyəti, xidmətləri diqqət mərkəzinə gətirilir. Poema sahəsində Naxçıvanda baş verən quruculuq prosesini ən dolğun şəkildə yaradan və təsvir edən mükəmməl irihəcmli bədii nümunələr mərhum şairimiz Elman Həbibə aiddir. Ümumiyyətlə, Elman Həbibin “Həqiqət Günəşi”, “İnsanlıq dastanı. Heydərnamə”, “İnsanlıq dastanı. İnsan”, “İlham – xalqın İlhamı”, “Naxçıvannamə” kimi poemaları Naxçıvan ədəbi mühitində bu janrın kamilləşməsi və yeni inkişaf yolunda böyük rol oynamışdır. Bu poemalar həm də mövzu və problem etibarilə Naxçıvan ədəbi mühitinə yeni istiqamət, yeni ruh və yeni təmayül gətirmişdir. Vaqif Yusifli haqlı olaraq yazırdı: “Elman Həbibin 90-cı illərdə qələmə aldığı “Həqiqət günəşi”, “Heydərnamə” və “Naxçıvannamə” poemaları müstəqillik dövrünün poeziyasında ali həqiqətlərin ifadəsidir”. Elman Həbib Ümummilli Lider Heydər Əliyevə 1998-ci ildə nəşr edilmiş “Həqiqət günəşi” adlı poema həsr etmişdir. Poema Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat və mübarizə yolundan bəhs edir. Poemanın “Torpağa alqış”, “Ricət” kimi bölmələrində maraqlı fikirlər səsləndirən şair Elman Həbib poemada Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, illərini özündə əks etdirən, onun mübarizə amalları və ideallarını ehtiva edən hissələr təqdim edir. Hər mövzuya uyğun ümummilli lider Heydər Əliyevdən istifadə edilən bir müdrik fikir bir bölmənin epiqrafı kimi çıxış edir. Əsərdə Heydər Əliyevin Azərbaycanın siyasi idarəçiliyində hüquqi təminat yaratması, böyük və bütöv Azərbaycan məsələsi, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvanın Heydər Əliyevin həyatında tutduğu mövqe, Azərbaycanın dövlət müstəqilliyi qazanması və inkişafına həsr edilən illər, Azərbaycanın yeraltı və yerüstü sərvətləri, onun neft siyasəti, ayrı-ayrı görkəmli şəxsiyyətlərə, o cümlədən dahi mütəfəkkir-şair Hüseyn Cavidə göstərilən məhəbbət və qayğı, ədalət məsələsi və ədalətin bərpası istiqamətində görülən işlər, ana dili məsələsi və bu kimi digər vacib, əhəmiyyətli məsələlər poemada özünə yer alıb. Burada “Baba Heydərlə nəvə Heydərin söhbəti” hissəsi təcrübəli nəsillərlə gənc nəsillərin, sələflərlə xələflərin, varislərlə banislərin mükaliməsi təsirini bağışlayır. Bu hissə Ulu Öndər Heydər Əliyevin Ümummilli Lider olaraq Azərbaycanın gələcəyinə - gəncliyə, onun yolunu davam etdirənlərə vəsiyyəti, müraciəti, səslənişi təsirini bağışlayır. Burada dahi lider Heydər Əliyevin dilindən böyük, həm də keşməkeşli, acılı, mürəkkəb gedişatlı bir tarix danışılır. Poema ənənəvi olaraq epiloqla bitir. Burada uzaqgörən rəhbər Heydər Əliyevin müdrik kəlamlarından poetik iqtbas olunmaqla oxuculara böyük ideallar ünvanlandırılır: Ulu dədə, bir vaxt dedin: - Millət onda böyük olur, Millət onda seçilir ki, Onun sözü böyük olsun, Qüdrətinə söz calansın. Millət onda böyükdür ki, Öz özünə, öz gücünə, öz sözünə arxalansın. Öz oduna, öz adına Arxalansın!!! Şair bu mövzunu davam və inkişaf etdirməklə yaradıcılığının ən ağır, sanballı nümunələrini təşkil edən trilogiyasını – “İnsanlıq dastanı” silsiləsindən “Heydərnamə”, “İlham – xalqın İlhamı”, “İnsan”, o cümlədən “Naxçıvannamə” adlanan əsərlərini yazır. İstedadlı şair müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevə “Heydərnamə” həsr etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin uğurla davam etdirilən siyasətinin nəticəsində yenidən inkişaf vüsəti yaşayan Naxçıvana da “Naxçıvannamə” həsr etmiş, Naxçıvanda gedən yeniləşmə proseslərinin qurucu şəxsiyyəti olan İnsana – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova “İnsan” əsərini yazmış, ulu öndərin siyasi kursunu uğurla davam etdirən siyasi liderə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “İlham – xalqın İlhamı” poemasını həsr etmişdir. Ümumiyyətlə, Elman Həbibin tam səmimi və böyük istedadla yazdığı bu əsərlər mövzuməzmun etibarilə bir-birilə bağlı olub, trilogiya təşkil edir. Beləliklə, şair vətənlə rəhbərin, vətəndəki inkişafla onun təməlində dayanan ürəyi vətən məhəbbətli el atasının birliyini yaratmış, Böyük İnsan obrazlarını təcəssüm etdirmişdir. Şairin “Heydərnamə” poeması Naxçıvanda bu mövzuda yazılmış irihəcmli əsərlərin ilki və ən sanballılarından biridir. Əsər “İnsanlıq dastanı. Heydərnamə” adlanır. Əslində əsərin bu cür adlandırılması və bölünməsi ustad sənətkar Nizami Gəncəvinin böyük fateh, filosof İsgəndərə həsr etdiyi “İsgəndərnamə” əsərini xatırladır. Əsərə “İnsanlıq dastanı” ümumi adını qoyan şair “Heydərnamə” və “İnsan” bölmələrində Naxçıvanı ən çətin sınaqlardan çıxarıb inkişafı və tərəqqisinə böyük əmək sərf etmiş müdrik lider Heydər Əliyev və Vasif Talıbovdan bəhs açır. Bu barədə bəhs edən tanınmış tənqidçi-publisist Vaqif Yusifli yazırdı: “Elman Həbibin Vətən və vətənpərvərlik anlayışında Azərbaycan və Naxçıvan eyni məkandır. Belə ümumiləşdirə bilərik: Böyük Vətən, Bala Vətən. Böyük Vətən deyəndə Gəmiqaya, Qobustan, Kür, Araz, Təbriz, Gəncə, Naxçıvan, Bakı, Zəngəzur, Ərdəbil, Borçalı…hamısı bir araya gəlir”. Şair Elman Həbib “Heydərnamə” poemasında Azərbaycanın böyük xilaskarı ulu öndər Heydər Əliyevin əzəmətli obrazını yaratmağa cəhd edib. Bu əsərin ilk variantını şair, artıq qeyd edildiyi kimi, “Həqiqət günəşi” adı altında 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında kiril əlifbası ilə nəşr etdirib. Sonradan bu əsəri inkişaf etdirib zənginləşdirən şair Elman Həbib ona “İnsanlıq dastanı. Heydərnamə” adını verib. Əsər “Mənim dədəm dünyanın ən böyük bir dədəsi, Yer kürəsi balaca, göylərdən gəlir səsi” misrası ilə başlayaraq möhtəşəm, mötəbər və əzəmətli bir insanın obrazının yaradılması haqqında sanki giriş verib. Poema “Ulu öndərdən”, “Xalqın səsi”, “Müəllifdən”, “Ricət” kimi tez-tez təkrarlanan hissələrdən, “Torpağa alqış”, “O, xalqına, xalqı ona sədaqətlidir”, “Babaların ruhuna and olsun”, “Necə oldu parçalandıq bu ada”, “Nuh vətəni, önüm dağdır, arxam dağ”, “Ömürdə yaşayan illər”, “Azərbaycan – Odlar yurdu”, “Məsləki, amalı yolunda öldü”, “Heydər Əliyev günəş qədər həqiqətdir”, “Elin Heydər qəlbi”, “Baba Heydərlə nəvə Heydərin söhbəti”, “Gerçək” kimi bölmələrdən təşkil olunmuşdur. İrihəcmli bu poema lirik-epik poemalardan biri hesab edilə bilər. Vaqif Yusifli haqlı olaraq yazırdı ki: “Şair müstəqillik haqqında düşüncələrini "Həqiqət günəşi" və "Heydərnamə" poemalarında daha bariz şəkildə ifadə edib. Bu poemalarda ulu öndərimiz Heydər Əliyevin obrazı sənətkarlıqla canlandırılıb”.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 158
Bölməyə aid digər xəbərlər

17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar