Bütün xəbərlər
“Dünyada qəbul edilmiş təcrübə var, siz nə danışırsınız?”
Tarix: 20-11-2025 17:23 | Bölmə: Siyasət

dunyada-qebul-edilmis-tecrube-var-siz-ne-danisirsiniz


“Seçicilərim mənə dərmanların təlimatlandırıcı içlik vərəqini veriblər. Qəzet yazırsınız?! (gülür). Bu qədər izahat olar?”
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadənh xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
“Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik, bunu neçə dəfə qəbul edəcəyimi onun üstünə yaz. Dərmanla bağlı görün nələr yazır, bunu o xəstə oxuyandı?! Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardır”, - deputat qeyd edib.
Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: “Səyyad müəllim, orada bir az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Siz nə danışırsınız? Dünyada qəbul edilmiş təcrübə var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz”.
Səyyad Salahlı fikirlərinə davam edərək qeyd edib ki, sözügedən fikirləri o yox, vətəndaşlar deyir: “Bunları mənə camaat verir. Bu mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə danış”.
Spiker yenidən deputatın çıxışı ilə bağlı bildirib ki, həkimlər hər bir dərman vasitəsilə bağlı xəstəni məlumatlandırır: “Deyirsiniz ki, gərək xalqın dilində olsun. Həkim hər bir regionun dialekti ilə xəstəyə başa salır ki, dərmanı bir dəfə və ya iki dəfə iç”.



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər
17-11-2025, 14:51 Tarixin dönüş nöqtəsi