00:04 / 05-06-2026
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
23:34 / 04-06-2026
Çılpaq qızların şəklini çəkdiyinə görə həbs edilib
23:29 / 04-06-2026
Üç gəncin yaralandığı davaya görə həbs edilib
23:27 / 04-06-2026
"112": Dalğıc silindrinin partlaması nəticəsində kişi ölüb
23:24 / 04-06-2026
Benzin spekulyatoru saxlanılıb
23:21 / 04-06-2026
Putin Paşinyanın arxasındakı siyasi qüvvələrin istiqamətini izah etdi
23:18 / 04-06-2026
Putin Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini qiymətləndirdi
23:15 / 04-06-2026
Putin: "Ukrayna rusdilli ölkədir"
23:12 / 04-06-2026
Putin: "Rusiya-Hindistan-Çin əlaqəsi hər kəsə kömək edir"
22:30 / 04-06-2026
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
16:19 / 04-06-2026
"S7" pilotu təlim bazasında vəfat edib
16:11 / 04-06-2026
1995-ci ildə törədilmiş ikiqat qətl hadisəsinə görə hökm oxunub
16:08 / 04-06-2026
"Bu, hədsizdir": Rusiya milli futbol komandasının keçmiş məşqçisi 2026-cı il Dünya Kuboku biletlərinin qiymətlərindən şoka düşüb
16:03 / 04-06-2026
Medvedev Qərb elitalarına etimadsızlığa çağırdı
16:00 / 04-06-2026
Yanğın baş verib, 10 yaşlı uşaq ölüb
15:57 / 04-06-2026
Təcili yardım işçilərini təhdid edən saxlanılıb
15:54 / 04-06-2026
Fransada həbsdən azad edilən rusiyalı tanker kapitanı azadlığa buraxılıb
15:47 / 04-06-2026
Kafedə qaz partlayışı baş verib, iki böyük və bir yeniyetmə xəsarət alıb
15:44 / 04-06-2026
Xəstə səhv diaqnoz səbəbindən öldü; həkim iki il müddətinə azadlıqdan məhrum edildi
15:40 / 04-06-2026
Tatarıstanda həkimlər kəsilən bir kişinin qolunu bərpa etmək üçün dörd il sərf ediblər
15:35 / 04-06-2026
Bağ sahəsində iki metr uzunluğunda ilan aşkar edilib
15:31 / 04-06-2026
"Rusiya Poçtu" dörd ildən sonra ABŞ-dan bağlamalar qəbul etməyə başladı
15:28 / 04-06-2026
Səyahət agenti müştəriləri aldatmaqda günahını etiraf edib
15:24 / 04-06-2026
Sərnişin avtobusu sürüşərək xəndəyə aşıb
15:20 / 04-06-2026
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
20:32 / 03-06-2026
Rusiya qadın futbol komandası Çini məğlub etdi
20:25 / 03-06-2026
Həkimlər reysində astmalı birinin həyatını xilas etdilər
16:46 / 03-06-2026
NATO-nun kəşfiyyat təyyarəsi müşahidə edilib
16:43 / 03-06-2026
Fırıldaqçılar 18 yaşlıdan qızıl külçə və bir neçə milyon rubl götürüblər
16:38 / 03-06-2026
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
16:22 / 03-06-2026
Rusiya səfiri: "NATO Serbiyada ehtiyatlı davranır, tədricən onu daha da yaxınlaşdırır
16:19 / 03-06-2026
Evli cütlük "Azov" üçün pul topladıqlarına görə 17 və 18 il həbs cəzasına məhkum edilib
16:17 / 03-06-2026
Çaydan bir qadının cəsədi tapılıb
08:25 / 03-06-2026
Vulin: "AB Serbiyadakı seçkilərə və hökumətin qurulmasına müdaxilə etməyə çalışacaq"
08:21 / 03-06-2026
İçki içən dostunun partnyorunu öldürməkdə ittiham olunaraq həbs edilib
08:14 / 03-06-2026
ABŞ İranla müharibəyə 100 milyard dollardan çox pul xərcləyib
08:12 / 03-06-2026
Narkotik satıcısı təxminən altı il həbs cəzası alıb
08:05 / 03-06-2026
Bir neçə nəfəri girov götürüb
Nəşriyyatları böhrandan necə xilas etməli?
Tarix: 03-04-2021 20:10 | Bölmə: Ədəbiyyat

Bu günlərdə çap sektorunda maraqlı yeniliyə imza atıldı. 20-dən çox nəşriyyat birləşərək “Azərbaycan Nəşriyyatları” İctimai Birliyini (ANİB) təsis etdi. İdarə Heyətinin qərarı ilə “Hədəf” Qrupun baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq ANİB-nin sədri seçildi.
Bəs belə bir qurumun yaradılması ideyası hansı zərurətdən doğdu? Birliyin qarşısında nə kimi hədəflər durur? Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verməsi üçün hansı işlər görülməlidir? ANİB sədri Şəmil Sadiqlə bu və digər suallar ətrafında söhbət apardıq.
Azərbaycanda nəşriyyat etikası aşağı səviyyədədir
Birlik sədri deyir ki, Azərbaycanda son bir neçə ildə öz layihələri ilə ayaq üstə duran, nəşriyyatçılığı biznes sektoru kimi inkişaf etdirən bir çox nəşriyyat yaranıb. Lakin yalnız kitab satışı ilə yaşaya bilən çox az sayda nəşriyyat var. Buna görə də nəşriyyatlar çox ciddi problemlərlə qarşılaşır. Birincisi, piratçılıq baş alıb gedir. Nəşriyyatların topdansatış mağazalara təsir imkanları yoxdur, bazara onlar diktə edir. Halbuki nəşriyyat kitab istehsal etməsə, mağazalar işləyə bilməz. Amma min bir əziyyətlə yazılan kitabların bazarda surəti çıxarılıb satılır. Düzdür, bu, daha çox metodik vəsaitlərdə baş verir, amma bədii ədəbiyyatda da bu problem var.
Şəmil Sadiqin sözlərinə görə, kitab yarmarkaları da təşkil edilmir, mağazalar azdır, iki ildə bir dəfə kitab sərgisi keçirilir ki, onu da sadəcə nəşriyyatlar və müəlliflər bilir. Tələbələr, məktəblilər bu yarmarkalara doğru-düzgün cəlb edilmirlər. Xarici yazarların Azərbaycan oxucusu ilə tanışlığı, yerli yazarların maliyyə çətinliyi, redaktə işi, korrektə, tərcümə sahəsinin pərakəndə vəziyyəti, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması ilə bağlı demək olar ki, heç bir iş görülmür: “Bir sözlə, Azərbaycanda nəşriyyat etikası, poliqrafiya mədəniyyəti çox aşağı səviyyədədir. Ümumiyyətlə, ömrünü kitaba həsr edən naşirlər, tərcüməçilər, redaktorlar, korrektorlar, dizaynerlər heç bir yerdə yada salınmır, dinlənilmir. Bütün bunlar azmış kimi, kiçik bir ölkədə üç-beş nəşriyyat öz arasındakı münasibətləri düzgün koordinasiya edə bilmir. Beynəlxalq sərgilərdə nəşriyyatlarımızın nə qədər cılız olduğunun fərqinə varmaq adamı narahat edir. Bu baxımdan nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər çoxdur - daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin yoxluğu, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri, satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə, korrektə sahəsində birgə fəaliyyətin olmaması, eləcə də digər məsələlər nəşriyyatların birgə fəaliyyətini zəruri etməkdədir. Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatdırılması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaradıb. Məhz bu səbəblər tələb edirdi ki, nəşriyyatların haqq və hüquqlarını, mənafelərini müdafiə edən, onları maarifləndirən, bu sahənin inkişafına dəstək verən ictimai birlik yaradılsın. Onun üçün də uzun sürən görüşmələrdən, müzakirələrdən sonra qərara gəldik ki, bir ictimai birlik ətrafında birləşərək bu sahəyə daha yaxşı xidmət göstərə, problemlərimizi həll edə bilərik. Beləcə, Azərbaycan Nəşriyyatlar İctimai Birliyi yarandı. Hədəfimiz Azərbaycan nəşriyyatının, kitabçılığının inkişafına xidmət etməkdir”.
Bu sahəni stimullaşdırmağın yolu yetərincədir
Naşirin sözlərinə görə, son on ilə qədər ölkəmizdəki nəşriyyatlar daha çox mətbəə kimi, ya da mətbə-nəşriyyat formatında çalışıb. Halbuki mətbəə sektoru ilə nəşriyyat sahəsi nə qədər bir-birindən asılı olsalar da, əslində, tamamilə fərqli sahələrdir. Təəssüf ki, bu sektorlar arasındakı fərqi bilməyən nəinki sadə vətəndaşlar, hətta ziyalılar, kitabçılar da var: “Nəşriyyat işi mətbəə işindən daha ağır və məsuliyyətlidir. Təsəvvür edin, qəzet deyəndə heç kimin ağlına mətbəə gəlmir ki, onun çapı harda olur, necə olur, bunu kim edir. Qəzetin çapa hazırlanması, məqalələrin yazılması, redaktəsi, tərcüməsi qəzeti qəzet edir. Kitab da belədir, yəni onu kitab edən mətbəəyə qədərki üzərindəki işdir. Düzdür, yüksək poliqrafiya da önəmlidir, amma məzmun ondan daha üstündür.
Artıq Azərbaycan inkişaf etməkdə olan ölkədir, istehsalata dövlət xüsusi maraq yaradıb, biznes mühiti yaxşılaşıb. Bunun üçün də belə birliklər zaman-zaman formalaşmaqdadır. Dünyada bu cür praktika çoxdur, yəni eyni sahə ilə məşğul olan biznes strukturları birləşir, yeni layihələr ortaya qoyur, dövlətini xaricdə təmsil edir, ölkənin tanıtımına xidmət edir, öz hüquqlarını rəsmi orqanlar qarşısında müdafiə edir, həmin sahənin inkişafı üçün mütəmadi təkliflər verir. Biz də birlik olaraq bu yöndə fəaliyyətimizi istiqamətləndirəcəyik”.
Maraqlıdır, görəsən ölkəmizdə müəllif və nəşriyyatlar kitab satışından normal qazanc əldə edə bilirmi? Dünya ölkələrində kitabçılıq gəlirli sahələrdən hesab edilsə də, təəssüf ki, istisnaları çıxmaq şərtilə bunu bizim ölkəmiz üçün demək olmaz. İstisnalar isə daha çox tenderlə işləyən mətbəə-nəşriyyatlarla bağlıdır. Ş.Sadiqin fikrincə, Azərbaycanda kitab bazarı ölü vəziyyətdədir. Bakıdan başqa rayon və şəhərlərimizdə kitab mağazaları yox dərəcəsindədir. Nəşriyyatların kitabları kitabxanalar, təhsil müəssisələri üçün alınmır, bunun da nəticəsində yaxşı yazarlar yetişmir, istedadı olanlar da sonradan dolanışıq naminə başqa sahəyə yönəlir. O nəşriyyatlar dolana bilirlər ki, onlar ya dərslik, ya da metodiki test kitabları çap edirlər. Amma kitab sektoru deyiləndə ilk ağla gələn bədii və elmi kütləvi ədəbiyyatdır: “Lakin bu sahəni stimullaşdırmağın yolu var və yetərincədir. Mədəniyyət Nazirliyi hər il kitabxanalara, mədəniyyət mərkəzlərinə ayrılan büdcədən nəşriyyatların uyğun, maraqlı kitablarından heç olmasa 100 ədəd alarsa, nəşriyyatlara təsərrüfat sektoru kimi ciddi güzəştli kreditlər ayrılarsa, müxtəlif layihələrlə mütaliəyə maraq yarada bilərsə, kitab sektorunun inkişafına xidmət edən qrant layihələr həyata keçirərsə, rayon və şəhərlərimizdə dövlətin mülkiyyətində olan binalarda kitab mağazalarının açılması təşviq edilərsə, əlbəttə ki, olar. İstənilən dövlət kitabxanasına da girin, bir ortabab kitab mağazasına da, görəcəksiniz ki, həmin kitabxanada heç bir yeni nəşr tapa bilmirsiniz. Düzdür, dövlət sifarişi ilə böyük nəşrlər var, amma kitab o qədər çoxdur ki, hamısını sifarişlə çap edib kitabxanaya vermək olmaz. O sifarişlərə ayrılan maliyyənin bir qismi məhz bu nəşriyyatlardan doğru-düzgün kitab alışına sərf edilsə, məncə, daha çox uğura nail ola bilərik. Heç eşitmisinizmi hansısa icra hakimiyyəti, ya da bələdiyyə kitabla bağlı nəsə etsin? Mən yox!”
Kitab mağazalarının yerində indi marketlər açılıb
Naşir hesab edir ki, Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verməsi üçün görüləcək işlər çoxdur, bunun üçünsə münbit şərait yaranmalıdır. Nəşriyyatların kitablarını sata, göndərə biləcəyi mağazalar yox dərəcəsindədir. Çünki həmin kitab mağazalarının yerində indi marketlər açılıb: “Düzdür, bu, biznes sektorudur və özü-özünü inkişaf etdirməlidir. Amma söhbət kitabdan, ideologiyadan, mədəniyyətdən, mənəvi dəyərdən gedirsə, deməli, burda dövlətin dəstəyi və marağı daha çox olmalıdır. Onun üçün də bu məsələyə konseptual baxılmalıdır. Məsələn, bir hekayən “Azərbaycan” jurnalında çap edilirsə, ordan alınan qonorarın məbləği heç bir yazıçını stimullaşdıra bilməz. Nə qədər yaradıcı iş olsa da, yazarın dolanışığı, hörməti yüksək olmalıdır. O zaman rəqabət mühiti yaranar. Nəşriyyat da çap etməklə həm xeyir götürə, həm də xeyir verə bilər. Bu çox geniş mövzudur, problemlər çoxşaxəlidir. Yaxında ANİB olaraq kitabçılığın inkişafı üçün Mədəniyyət Nazirliyinə geniş təkliflər paketi göndərəcəyik”.
Bəs Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün nəyə, yaxud kimə ehtiyac var? ANİB sədrinin qənatincə, ilk olaraq oxucuya. Çünki oxucunu zamanında yetişdirmək çox vacibdir. Bu isə məktəbdən, universitetdən başlayır. Məsələn, dünyanın böyük universitetlərində içində geniş kitab mağazaları olur, orda nəşriyyatlar üçün sərgilər keçirilməsi, yazarlarla görüş adi haldır: “Lakin bizim böyük universitetlərimizdən heç birinin həyətində, içində kitab mağazası, kitab-kafe yoxdur. Televiziyalar reytinq olmadığı üçün kitab müzakirələri aparmır, yazarlar ön planda saxlanılmır, naşirlər yada düşmür. Təsəvvür edin, bütün sahələrin peşə bayramı var, naşirlər günü yoxdur. Kitab, kağız ƏDV-dən azad edilməli, dövlət kitabxanaları təkmilləşdirilməli, müasirləşdirilməlidir”.
Kitablarımızın təbliğatını nə ölkəmizdə, nə də xaricdə aparacaq qurum var
Son illər ölkəmizdə nəşr olunan kitabların dizayn və poliqrafiya işləri yüksək standartlara cavab verir. Azərbaycan nəşriyyatı və mətbəələri yüksək texniki göstəricilərə malikdir. Ən yüksək keyfiyyətdə kitabı ölkəmizdə nəşr etdirmək mümkündür və ən böyük müsabiqələrdə yer tuta bilər. Bəs bu göstəricini yaradıcı keyfiyyətə də şamil etmək olarmı? Məzmun necədir? Ş.Sadiq deyir ki, bu artıq nəşriyyatın işidir: “Pulu olan özünün və ya qohum-əqrəbasının kitabını çap etdirir, sonra da dost-tanışa paylayır və bununla iş bitir. Pulun yoxdursa, hansısa nəşriyyat risk edib deyə bilmir ki, nəinki qonorar verim, heç olmasa çap xərclərini biz qarşılayaq. Buna baxmayaraq, bu gün bir çox fədakar iş adamları, yəni nəşriyyat sahibləri var ki, ümidlidir və çətinliklə də olsa kitab çap edir, hətta cüzi də olsa qonorar verir. Amma bu çox azdır. Elə ona görə də rəqabət mühiti yaranmır”.
O ki qaldı kitabın təbliği və satışı ilə kimin məşğul olmasına, naşir bunu böyük problem hesab edir. Onun sözlərinə görə, bu işi nə nəşriyyat, nə də müəllif həyata keçirməlidir. Kitab satışını agentliklər, dağıtım şirkətləri, menecerlər təşkil etməlidirlər ki, bu fəaliyyət də ölkəmizdə yoxdur və yetişmir: “Çünki gəlir yoxdur. Ona görə də formalaşmır. Bizim kitabların təbliğatını nə ölkəmizdə, nə də xaricdə, heç qardaş Türkiyədə, İranda, Rusiyada belə aparacaq özəl, yaxud dövlət qurumu yoxdur. Bir çox ölkələrin öz ədəbiyyatını tanıtmaq üçün layihələri var ki, sən o xalqın hansı kitabını başqa ölkədə çap etmək istəsən, heç olmasa tərcümə xərclərini qarşılayır. Amma təəssüf ki, bizim ölkənin belə bir layihəsi yoxdur. Biz bunun ağrısını Azərbaycanın da qonaq ölkə olduğu sonuncu İstanbul Naşirlər Forumunda da yaşadıq. Xarici naşirlər təklif edir ki, bizim kitabı alın, maliyyəsini dövlətimiz qarşılayacaq, çünki məqsəd həmin dövlətin mədəniyyətini təbliğ etməkdir. Qarşılığında bizdən soruşurlar, “yox” deyirik. Hətta Türkiyənin TEDA qurumu bu il türk əsərlərini xarici ölkələrdə çap edən naşirlərə mükafatlar da verdi. Niyə bu cür sistem bizdə də olmasın?! Halbuki illik çox yox, 2-3 yüz min dollar ayırmaqla, ən azı 100 əsərimizi dünya bazarına çıxara bilərik. Bu da bizim müəllif hüquqları agentliklərinin, kitab prodüserlərinin, menecerlərinin yaranmasına gətirib çıxara bilər. Nəticədə kitab bazarı canlanar”.
Nəşriyyat işi yaradıcılıq işi olmaqla bərabər, həm də biznesdir. Biznes isə maarifçilik missiyasını həyata keçirmək üçün vasitə olmalıdır. Yəni uğurlu biznes olmalıdır ki, bu missiyanı yerinə yetirə, əhaliyə xidmət edə biləsən. Ona görə də kitab nəşrində maarifçilik missiyası və biznes maraqları paralel getməlidir. Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün də ilk olaraq mövcud problemlər aradan qaldırılmalıdır. Bu baxımdan nəşriyyatların təşkilatlanaraq birgə fəaliyyəti xeyli ümidvericidir. Necə deyərlər, tək əldən səs çıxmaz. Birlikdə komanda olaraq çalışmaq isə xeyli irəliləyişə və uğurlara səbəb ola bilər. Hələlik bu sahədə görülməli işlər çoxdur. Lakin əsas komandanın istəkli, həvəsli və çevik olmasıdır. İnanırıq ki, güclü komanda ilə ANİB qısa zamanda çox maraqlı layihələr həyata keçirəcək və Azərbaycan kitabçılığına yeni ab-hava gətirəcək.
Azerbaijan-news.az
Baxış sayı: 838
Bölməyə aid digər xəbərlər

1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!