Bütün xəbərlər
Sumqayıtda Xocalı faciəsinin 34-cü ildönümündə dini quurmların və dini konfessiyaların nümayəndələri iştitak ediblər-VİDEO+FOTOLAR
Tarix: 27-02-2026 01:04 | Bölmə: Gündəm

Fevralın 26-da Sumqayıt şəhərində keçirilən anım mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, QMİ-nin bölgə qazısı Rauf Sərdarov, dini konfessiyaların nümayəndələri və din xadimləri iştirak ediblər.
              
Çıxışlarda bildirilib ki, Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Eyni zamanda, bu qətliam Azərbaycan xalqının müstəqillik tarixinin ilk illərində üzləşdiyi ən faciəli hadisələrdəndir. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti Xocalı hadisələrinin beynəlxalq səviyyədə tanıdılması və Xocalı soyqırımı kimi qəbul edilməsi istiqamətində uzunmüddətli, ardıcıl və çoxşaxəli siyasət həyata keçirir. 
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az








Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər
25-11-2025, 19:16 Prezident Fərman imzaladı