21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
NİZAMİ YARADICILIĞINDA QADIN SURƏTLƏRİ-Ramiz QASIMOV
Tarix: 06-03-2021 22:11 | Bölmə: Ədəbiyyat

Böyük Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) Şərq ədəbiyyatında böyük söz tacidarları tərəfindən “sözün Allahı” deyə adlandırılmışdır. Çünki özünə qədər və hətta özündən sonra belə Nizami hər sözü birinci deyən və ən gözəl ifadə edən sənətkar idi. Təsadüfi deyildi ki, şair özü də bunu öz beyti ilə belə təsdiq və iqrar edirdi:
Nizami hər sözü demiş birinci,
Dünyada qoymamış qalsın bir inci...
Nizami böyük ədəbiyyatda öz böyüklərinin arzuladıqlarını gerçəkləşdirmişdi desək yanılmarıq. Nizaminin sözlərində Məhsəti incəliyi, Xaqani üsyankarlığı, Qətran elmiliyi, Əcəmi novatorluğu var idi. Və Nizami sözün Nizami hünərini ortaya çıxarmaqla böyük bir ənənə formalaşdırmağa nail olmuşdu. Onun ədəbiyyata gətirdiyi neçə-neçə yenilikçi ənənələr sırasında ilk diqqəti cəlb edən və böyük hünər hesab edilən qadın-xatun obrazları idi. Atabəy Eldənizin, Cahan Pəhləvanın hökmdar kimi ana-qadına ehtiramı Memar Əcəminin nadir sənətkar məharəti və istedadının qüdrətli ilə Mömünə xatun məqbərəsinin timsalında bir sənət incisi olaraq reallır tapmışdı. Məhsəti Gəncəvinin isə özünəqədərki türk-azərbaycanlı anaları ilə birgə böyük hünər və istedad nümayiş etdirərək qadınlıq məharətini ortaya qoyması, böyük sənətkar və söz ustadı olaraq şeirlərinin dillər əzbərinə çevrilməsi qadının cəmiyyətdə yerinə real yanaşmaları zərurətə çevirirdi. Elə bu ənənə və müşahidələrin üzərində Nizaminin nadir qələmi ilə böyük sənətdə, söz meydanında Sultan Səncər kimi Süleyman taxtının sahibinə etiraz və üsyan edən, böyük ədəb, mərifət və ədalətlə taxt sahibi olan Şirin, Məhin banu, Nüşabə kimi hökmdar qadınlar, Fitnə kimi nəsihət etməyə qabil qadın obrazları görünməyə, möhkəm-möhkəm yer tutmağa başladı. Nizami Gəncəvinin böyük ustalıqla yaratdığı qadın obrazları və xarakterləri o zamankı ədəbi inkişafda intibah hadisəsi, yenilik, birincilik və hünər idi. Amma bir az əvvəl qeyd etdiyimiz şərtlərdən, təməllərdən başqa bir də “Kitabi-Dədə Qorqud” ənənəsi də təsirsiz deyildi. “Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz qadınlar türk elində ana-qadının möhkəm yerini, sarsılmaz mövqeyini, analıq haqqını təzahür etdirirdi. Bu dastanda, bir xalqın, millətin söz abidəsində Ana haqqına Tanrı haqqı kimi baxılır, “Sərvi boylum, Evim dirəyi” kimi müraciətlərlə çağrılır, elin və evin böyüyü, dirəyi kimi hörmət, ehtiram və sevgi bəslənilirdi. Söz yox, Nizami Gəncəvi artıq alimlərin qətiyyətlə dediyi kimi, türk düşüncəli, türk əxlaqlı, türk mənəviyyatlı bir sənətkar idi və belə qadın obrazlarını mükəmməl planda ədəbiyyata gətirməyə də heç bir çətinlik çəkmədi. Bizə elə gəlir ki, “Gutadqu bilik”də olan kimi Nizami əsərlərində, xüsusilə “Xosrov və Şirin”də, “Yeddi gözəl”də”, “İsgəndərnamə”də ənənə və törələrə sədaqət hissi özünü göstərməkdədir. Müəyyən məsələlərdə yenilikçi olan, xalq demokratiyası ilə çıxış edən Nizami mənsub olduğu türk elinin mütərəqqi ənənələri və törələrinə də sadaqət göstərirdi. Yaşadığı adi həyatda gördüyü həqiqətlərdən, mövcud stereotiplərdən çıxış edərək ədəbiyyata gətirdiyi qadın obrazları Nizaminin türk hünərli, türk düşüncəli sənətinin təntənəsi idi. Bu ənənə özündən sonra bütün Şərq və dünya ədəbiyyatına yeni istiqamət bəxş etdi. Nizaminin əsərlərində öyə-öyə, öyünə-öyünə bəhs etdiyi anası Rəisə xanıma (sənətkar özü onu “igid Rəisə” deyə xatırlayır – R.Q.), eləcə də Dərbənd hökmdarının ona göndərdiyi Afaq xanımı ömür-gün yoldaşı kimi qəbul edərək göstərdiyi münasibət də, ona Məhəmməd adlı oğul övladı bəxş edən həmin qadın haqqında nümayiş etdirdiyi böyük ehtiram və məhəbbət də şairin qadına olan yüksək münasibətinin səbəblərini, böyük şairin yaradıcılığında yer alan qadın obrazlarının genezisini aydınlığı ilə ehtiva edir. Nizami onu dünyaya gətirən anası Rəisə ilə fəxr etdiyi kimi, ona yeni dünya bəxş edən həyat yoldaşı Afaqdan da məhəbbət dolu razılıqla bəhs açır və onun vəfatına dərindən kədərlənir. Təsadüfi deyildi ki, Nizami bu kədəri məhz əzəmətli sevgi əhvalatı ilə dillər dastanına çevrilən, özünü sevgisinə fəda edən Şirinin ölməz məhəbbətindən bəhs edən “Xosrov və Şirin” əsərində dilə gətirir. Türk qızı və şahzadəsi Şirindən öyünə-öyünə bəhs etdiyi kimi, “türküm” deyə bəhs etdiyi Afaqını da öyür, ona məhəbbət dolu öygü və təriflər deyir.
Nizami Gəncəvinin qadın surətlərində bir analıq əzəməti, qadınlıq mərhəməti, insanlıq sevgisi təzahür edir. Böyük sənətkarın məşhur “Sirlər xəzinəsi” adlanan mənəviyyat kitabında “Sultan Səncər və Qarı” hekayətində qadın bütün elin, xalqın sözünü öz üsyankar səsi və cəsarətilə Sultan Səncər kimi taxt sahibinin üzünə çırpır. Onun əzazil və zalım məmurların özbaşınalıq və davranışlarından bezikərək üsyan qaldırması əslində bir xalqın hünər və səsinin ifadəsi idi. Bu ənənəyə biz “Dədə Qorqud kitabı”mızda da rast gəlirik. Belə ki, “Dədə Qorqud kitabı”mızdakı məşhur, unudulmaz obrazlardan olan, əli-qolu bağlanmış halda sarındığı ağacı kökündən çıxaran Qaraca Çoban öz gücü və qüdrətilə bütün xalqın düşüncəsində qəraralaşan əsl insan-kişi-qəhrəman haqqındakı keyfiyyətləri özündə ümumiləşdirən bir obraz idi. O, bir tərəfdən xalqın bir nümayəndəsi, digər bir tərəfdən də xalqın siması idi. Qaraca Çoban sadə və sədaqətli, güclü və qüvvətli idi. Bu qüvvət əslində xalqın ümumi güc və qüvvəsinin idealizə və simvolizəsi kimi diqqəti cəlb edir. Bu mənada Sultan Səncər kimi bir hökmdarın qarşısına dikilməyi bacaran və ona ədaləti pozduğuna, ədalətli qərarlar vermədiyi və doğru hökmdarlıq etmədiyinə görə ittihamlar səsləndirən Qarı da məhz xalqının qüvvəsini öz arxasına almışdı. Nizami də sanki bu hünərli Qadının səsinə arxalanaraq tək bir xaqana, hökmdara deyil, bütün hökmdarlara və xaqanlığa öz sözünü deyirdi. Ədaləti pozanları, xalqı incidənləri, zülmə güc verənləri ittiham, mühakimə edirdi:
Zülm edib bir qarıya çox uddurmuşdular qan,
O da Sultan Səncərin tutaraq yaxasından
Dedi ki: − Səndə insaf az görmüşəm, qulaq as!
Səndən gördüyüm zülüm əsla hesaba sığmaz.
Vilayəti soyarkən padşahın adamları,
Cinayətkar olarmı bunda məgər bir qarı?
Bu zülmə əl atarkən darğa xalq görə-görə
Mənim ismətim, sənin ədlin salınmış yerə.
Bu yaralı sinəmdən bir də axıtdılar qan,
Özümü itirmişəm, qalmamışdır məndə can.
Ey şah! Dada çatmasan, olurkən qəlbim kabab,
Qiyamətin günündə çəkilər səndən hesab.
Ah, səndə nə ədalət, nə mərhəmət görürəm,
Mən səndə sonsuz zülüm və əziyyət görürəm.
Rəiyyətə hər zaman kömək etməli padşah,
Səndən xarlıqdır gələn bizə, ol bundan agah.
Bir hünər deyil almaq yetimlərin malını,
Buna mərdlik deməzlər, düşün işin dalını.
Qarının hayqırtısında bir ədalət tələbi təcəssüm tapırdı. Ədalət isə Nizami yaradıcılığının başlıca qayəsini, məğzini, nüvəsini təşkil edirdi. Hətta bir çox hallarda Nizami yaradıcılığını təhlil edən alimlər onun idealı və ideyasının “ədalətli hökmdar” olduğunu yazır, “ədalətli cəmiyyət” arzuladığını qeyd edirdilər.
Nizaminin qiymətli söz xəzinəsində, “Xəmsə” adlanan beş poemadan ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) nadir poetik irsində diqqət mərkəzinə gələn və yaddaqalan qadın obrazları arasında Şirin, Məhinbanu, Nüşabə və Fitnənin çox əlamətdar, özünəməxsus yeri var. Bir az əvvəl qeyd etdiyimiz kimi, Nizami qadın surətləri yaradarkən hər bir təbəqə və ictimai mövqeyə diqqət ayırmışdı. Yaratdığı Şirin və Nüşabə obrazları bir hökmdar qadın obrazları kimi çox təqdirəlayiq və əhəmiyyətl daşıyırdı. Bu qadınların bədii əsərdə başqa digər xidmətlərilə bərabər başlıca birləşdirici bir xüsusiyyətləri də var ki, onlar tərbiyə edəndirlər. Qarı Sultan Səncərə öyüd verdiyi kimi, Şirin sevgilisi Xosrovu tərbiyə etməklə naqis xüsusiyyətlərdən təmizləməyə və kamilləşdirməyə nail olur. Nüşabə isə dünya fatehi İsgəndərə hökmdarlıq dərsi keçərək onu dünyagirlikdən qurtulmağa dəvət edir. Fitnə təbəqə etibarilə yaxın olduğu Qarı obrazı kimi özündən razı Bəhram şaha ədalətli olmağı tövsiyəsi edir və ona verdiyi dərslə hökmdarı utandırır və pis əməlindən peşman etdirir. Nizaminin böyük məhəbbətlə təsvir etdiyi bu qadınların hər biri ağıllı və hünərlidirlər. Onlar zərif qadınlıq xarakterlərinə nəcib insani keyfiyyətlər sığışdıraraq hünər və qeyrət təcəssüm etdirirlər.
Böyük Nizaminin məşhur “İsgəndərnamə” poemasında təsvir etdiyi Nüşabə obrazı Bərdə hökmdarıdır. Onun ədalətli idarəçiliyi dillərə əzbərdir. Hətta bu ədalətin bərəkətindən məhsullar bol, nemətlər bəhrəli olur. Bu ölkədə yetişdirilən hər buğda min buğda yetirir. Nüşabənin açıq ürəyi, müdrikanə fikirləri, alim kimi bilicilik keyfiyyətləri var. Hətta onu sorub-soruşduran İsgəndərə Nüşabə haqqında belə deyirlər:
Qadındır, erkəkdən ürəkli, qoçaq,
Dəniz incisindən təmiz və parlaq.
Tayı yox şüurda, adda və sanda,
Rəiyyət becərir çətin zamanda.
Mərdlikdə belinə bağlamış kəmər…
Nizami Nüşabəni təkcə hökmdar olaraq dişi aslan kimi hünərli, qoçaq, eləcə də ağıllı, bilici göstərmir, eyni zamanda onu qadın kimi nəcib, utancaq, abırlı bir xatun kimi də təqdim edir:
Endirdi həyadan göz qapağını,
Utandı, tər yudu al yanağını…
Bütün bunlarla birgə Nüşabə özünü bir obraz olaraq belə tamamlayır:
Erkək tinətliyəm olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
Hamının dünya fatehi İsgəndərdən qorxub ondan tük tökdükləri bir vaxtda Azərbaycanın hökmdar xanımı kimi Nüşabə ona elə bir dərs verir ki, bu dərs İsgəndəri heyrətdə qoyur. Əsərdə həm də bir filosof kimi obrazı canlandırılan İsgəndərə Şərqin bu böyük qadını alimlik və müdriklik dərsi də verir. İsgəndərin qarşısına yemək əvəzinə daş-qoyan, onun elçi geyimində hökmdar olduğunu müəyyənləşdirən Nüşabə İsgəndərin və əlbəttə, oxucunun gözündə ucalaraq zirvəyə çatır, ağıl, mənəviyyat və ədəb savaşının qalibi olaraq böyük rəğbət qazanır.
Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində İsgəndərə qıpçaq ağsaqqallarının verdiyi müdriklik dərsini də qadına münasibətdə yada salmaq yerinə düşər. Əslində bu da maraqlıdır ki, Nizaminin türklərin sərhədləri daxilində təsvir etdiyi məkanlarda qadınların həyat tərzi, yaşayış qaydaları öz demokratizmi ilə fərqlənir. Qadınların sərbəst davranışı, cəmiyyətdə mühüm mövqeyi, nüfuz və hörmətləri nəzər diqqəti cəlb edir. Elə qıpçaq çöllərində İsgəndərin türk qadınlarının sərbəstliyini görməsi də demokratik düşüncəli türk cəmiyyətində qadının yerini daha dəqiqliklə göstərir. Bunun özü də Nizami sənətində azad qadın obrazlarının yaranma səbəbini və mənşəyini ortaya çıxara bilir. Əslində qıpçaq ağsaqqallarının İsgəndərə verdiyi bu müdrik cavab da türk əxlaqının təntənəsi olaraq səslənir:
Üz örtmək ayini qoy olsun sənin,
Bizə də göz örtmək olmuşdur ayin.
Baxmamaq gərəkdir naməhrəm üzə,
Nə suçu var üzün, cəza ver gözə.
…Örtü salmaqdansa xalqın üzünə,
Özün bir örtü çək baxan gözünə.
Bəli, Nzami əsərlərini varaqladıqca, onun yaratdığı möhtəşəm qadın obrazlarının müasirliyinə heyrət etməyə bilmirsən. Nizami qadın haqqında o düşüncələri qələmə almışdı ki, bugünkü dünyamızın qadın haqda arzuladığı ən ideal düşüncələridir. Əlbəttə ki, qadın haqqında müqəddəs düşüncələrdən yaranan bu unudulmz obrazlar bütövlükdə Şərq və dünya ədəbiyyatına yeni ənənələr gətirdi. Qadını sevgi və ehtiramın ən uca zirvəsinə qaldıran Nizami ona bütün qadın ülviyyəti və zərafəti ilə uca bir taxt qurdu: könül taxtı. Nizami qadın obrazlarının vasitəsilə ictimai düşüncə və həyata eşq donunda bir isti həyat, müqəddəs ailə və yaşam dəyərləri, ən əsası ədalət, mərhəmət və nəcabət gətirdi.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 591
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR