19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
AMEA Naxçıvan Bölməsində 2020-ci ilin yekunları müzakirə edilib
Tarix: 17-12-2020 02:39 | Bölmə: Ədəbiyyat

AMEA Naxçıvan Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
Sabaha-inamla.az-a AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə ölkəmizin həm cəbhədə, həm də siyasi arenada qazandığı parlaq qələbə münasibətilə iştirakçılara səmimi təbriklərini çatdırıb və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra bölmədə il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri haqqında danışan akademik bildirib ki, cari ilin tədqiqat dövründə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi, ümumilikdə 719 elmi əsəri çap olunmuş, bir xəritə və bir buklet tərtib edilmişdir. Əsərlərdən 174-üxaricdə nəşr olunmuşdur. 57 elmi məqalənin impakt faktorlu jurnallarda çapdan çıxdığını deyən alim, elmi əsərlərin keyfiyyət göstəricilərinin daha da yüksəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İl ərzində həyata keçirilmiş xüsusi əhəmiyyətli işlərdən bəhs edən İsmayıl Hacıyev qeyd edib ki, 17 dekabr 2018-ci il tarixdə AMEA-nın keçmiş prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair məktub ünvanlamışdır. Məktuba əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlərin həyata keçirilməsi tapşırılmışdır. Layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılmış, tədqiqat qrupunun gərgin əməyi nəticəsində geoparklara verilən tələblərə uyğun materiallar toplanmış, sistemləşdirilmiş, tədqiq olunaraq qruplaşdırılmışdır. Layihə çərçivəsində Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanmışdır. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidənin, 32 geositin ətraflı təsvirləri verilmiş, pasport qeydiyyat kartları hazırlanmışdır. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılmış, toplanılmış materiallar əsasında “İlandağ geoparkı”kitabı nəşr olunmuşdur.
Bölmənin “Elm və təhsil” şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Naxçıvan Bölməsinin 2020-ci ildəki fəaliyyəti barədə məruzə ilə çıxış edərək bildirib ki, il ərzində elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 38 iş 97 mərhələdə yerinə yetirilib. AMEA Naxçıvan Bölməsindən seçilən 2 nəfər akademik və7 nəfər müxbir üzvün il ərzində 100 əsəri, o cümlədən 6 monoqrafiyası, 3 kitabı, 1 dərslik, 1 metodik vəsait, 65 elmi məqaləsi, 24 konfrans materialı çapdan çıxıb. Ərsəyə gətirilən əsərlər sırasında“Azərbaycanın dövlətçilik tarixində Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Əlincəçay mahalının epiqrafik abidələri”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Qədim Culfa”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” və digər tədqiqat əsərləri mühüm elmi əhəmiyyətə malikdir.
Bölmənin istehsal yönümlü fəaliyyətinə diqqət çəkən məruzəçi vurğulayıb ki, cari ildə Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrinin tərkibləri müəyyən edilmiş, onlardan palçıq və toz şəklində yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilmişdir. “Şorsu” palçığının quru və palçıq formasında istehsalı davam etdirilmiş, Biləv alüminium süxurundan müəyyən miqdarda kalium alüminium zəyi alınaraq qablaşdırılmışdır.
O qeyd edib ki, bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasında artıq gülab istehsalına başlanılıb. Bununla yanaşı gələcəkdə laboratoriyanın imkanlarından istifadə etməklə,nanəcövhəri, çaytikanı, kəklikotu, yovşan, razyanə, çöl nanəsi, üzərlik yağlarının istehsalı da planlaşdırılır.
Bildirilib ki, bölmə əməkdaşları cari il ərzində Vikipediya açıq ensiklopediyasında 20 yeni məqalə yerləşdirmiş, 5 yeni şablon yaratmış və 50-dən çox məqalə üzərində redaktə işləri aparmışdır.
Hesabat dövründə AMEA Naxçıvan Bölməsinin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıran O.Bağırov deyib ki,Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülmüş, fərdi və kollektiv tədqiqatlara cəlb edilərəkuğurlu nəticələr əldə edilmişdir. Bölmənin 6 əməkdaşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak etmiş və əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanmışlar.Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tətqiqat müəssisələrində tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin elmi dərəcəsi olan əməkdaşların muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərin tədrisi həyata keçirilmişdir. Eyni zamanda bölmənin üç əməkdaşı şagirdlərə interaktiv dərs keçmişdir.
Bölmənin Elmi kitabxanasının kitab fonduna 1074 ədəd kitab daxil edilmiş, 310 adda kitab və 414 ədəd avtoreferat elektron kataloqlaşdırılmışdır. Elektron kartotekalara 1575 ədəd qəzet və jurnal məqalələrinin biblioqrafik təsviri daxil edilmişdir, tarixi və əlamətdar günlər münasibəti ilə 6, yeni kitablara dair 10 sərgi təşkil olunmuşdur. 5 sərgi virtual rejimdə oxuculara təqdim olunmuşdur.
AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri Fərmanları, müxbir üzv Əbülfəz Quliyev,fəlsəfə doktorları Ələkbər Qasımov, Sahib Hacıyev və Akif Bayramov isə Bölmənin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Həmçinin bölmənin bir neçə əməkdaşı beynəlxalq və respublika əhəmiyyətli müsabiqədə müxtəlif dərəcəli diplom və mükafatla təltif olunmuşdur.
Daha sonra Bölmənin Rəyasət Heyətinin üzvləri, professor Hacıfəxrəddin Səfərli,akademik Tariyel Talıbov və professor Əbülfəz Quliyev çıxış edərək hesabatı qənaətbəxş qiymətləndirmiş və qəbul edilməsini təklif etmişlər.

Baxış sayı: 1 039
Bölməyə aid digər xəbərlər

Sonda Naxçıvan Bölməsinin əməkdaşları – Bioresurslar İnstitutunun “Dənli, paxlalı və texniki bitkilər” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Təsviri və dekorativ-tətbiqi sənətlər” şöbəsinin müdiri Fizzə Quliyeva 2020-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə Bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.
Sabaha-inamla.az

Baxış sayı: 1 039
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR