23:01 / 29-09-2026
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
18:35 / 29-09-2026
Bir şagird sinfinə hücum edərək müəllimini öldürüb
18:32 / 29-09-2026
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
18:29 / 29-09-2026
Argentina Britaniyaya Folklend adaları yaxınlığında neft hasilatını dayandırmaq üçün iki həftə vaxt verib
18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
14:46 / 29-09-2026
Yeddi regional qubernator parlament mandatlarından imtina edib
14:44 / 29-09-2026
İspaniyaya viza haqqı 1500 rubl artıb
14:42 / 29-09-2026
Bir ayı qəbiristanlığa yaxınlaşaraq məzar qazıb
14:36 / 29-09-2026
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
SÖZÜN YURD AĞRISI-BALAYAR SADİQ
Tarix: 25-11-2020 21:08 | Bölmə: Ədəbiyyat
(Şair Ədalət İzzətoğlunun yaradıcılığı haqqında qeydlər)
Söz bir qapıdır. Bu qapıdan keçmək üçün qapını döymək lazım deyil. Döyülməklə açılmır bu qapı; duyumla duyğuyla açılır. Duyğusu, duyumu olmayanın bu qapıda işi yoxdur. Dünya yaranandan bəri sözlər qapıların, qapılar sözlərin alın yazısıdır. İnsan ömrü də söz kimi bir qapıdır. Zaman-zaman, fəsil-fəsil açılır; gah sevincin, gah kədərin, dərdin üzünə...
Bu duyğu və düşüncələr içində istedadlı şair Ədalət İzzətoğlunun poetik dünyasının qapısını açıram.
Ömrünü sözə bağlayan, onunla təsəlli tapan yurd həsrətli şairdir Ədalət İzzətoğlu. Cəbrayılda dünyaya gəlib. Ömrünün mənalı günlərini Cəb-rayılda yaşayıb. İndi Cəbrayıl həsrətiylə Sumqayıtda yaşayır və yazıb-yaradır.
İnsan dühasının ən böyük tapıntısı və insan həyatının ən dəyərli xəzinəsi sözdür. Sözün təbiətinə xas olan keyfiyyətlər çeşid-çeşiddir.
Bədii sözün mahiyyəti daha təravətli və çox mənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi, estetik keyfiyyətləri ilə dolğun məzmun kəsb edir. Bu mənada bədii təfəkkürün, əbədi yaradıcılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətli mövzunun qələmə alınması əsərin əbədi uğuruna zəmanət verə bilməz. Əsl sənətin gücü dəyərli ideyanın, böyük fikrin obrazlı ehtivasında, təravətli təcəssümündədir. Ədalətin şeirlərinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir.
Onun fərdi poetik siması təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərindən deyil, həm də hadisələrə yanaşmasında, onların seçməsində və dəyərləndirməsində, lirik “mən” in əhval-ruhiyyəsinin təbii və səmimi poetik boyalarla canlandırmasındadır. Şairin lirik qəhrəmanı həssas müşahidə qabiliyyətilə həmin proseslərdə fəal iştirak edir. Onun poeziyasında yurd sevgisi, vətənsevərlik, el-oba məhəbbəti, milli özünüdərk və yaddaşa qayıdış duyğusu böyük önəm daşıyır. Şairin vətən həsrətli şeirlərində Qarabağ ağrısı, yurd həsrəti məxsusi bədii detallarla əks olunur. Ədalətin şeirlərinin lirik qəhrəmanı vətən, yurd həsrətiylə yaşayan insanların bədii obrazıdır. Düşmən tapdağında qalan Cəbrayılın həsrəti Ədalətin şeirlərində poetik səmimiyyətlə ehtiva olunur.
Danışma, qardaşım, danışma hələ,
Biz yurdsuz qalmışıq Vətəndə belə.
Düşmüşük fitnəyə, düşmüşük felə,
Yaza bilmədiyim sözüm ağlayır.
Boylanıb yollara baxdım, yoruldum,
Gözümün kökündən saralıb soldum.
Qocalıb axırda lap ahıl oldum,
Bol səbrim ağlayır, dözüm ağlayır.
Yurdsuz zəhər olub, suyum, çörəyim,
O müqəddəs yerdir mənim gərəyim.
Ədalətəm, burda qəlbim, ürəyim,
Oralarda qalan izim ağlayır.
Bu misralarda vətən, yurd həsrətli bir şair ürəyinin poetik harayı eşidilir. Yurd-yuvasından uzaq düşmüş insanların könül ağrılarının bədii ümumiləşdirilməsi çox səmimi və təsirlidir.
Ədalətin yaradıcılığında həyat həqiqətlərinin bədii həqiqət müstəvisində uğurla inikasını görürük.
Şairin əksər şeirlərində milli-mənəvi dəyərlərin, sevgi, məhəbbət duyğularının tərənnümü səmimi ovqat aşılayır. Vətənpərvərlik ruhu Əda-lətin şeirlərinin alın yazısıdır. Şairin bir qisim şeirlərində yurd yanğısı ilə yanaşı qəhrəmanlıq, cəsurluq duyğuları bədii müstəvidə poetik ifadəsini tapır. Hər bir insanın şəxsi taleyini olduğu kimi təqdim etməyə dəyər:
Dağların başını aldı buludlar,
Şəhidlər məzarı oldu o yurdlar.
və yaxud:
Çağırır yurdumun dağları bizi,
Kövrəlib torpağı, cığırı, izi...
və ya:
Xəyalımdan çıxmayır bircə an da,
Yaşayırdım əfsanəvi məkanda.
və yaxud:
Lənət olsun düşmənin şər-felinə,
Qırov düşüb arzuların telinə.
Ədalət, dönərsən bir gün elinə,
Güvən əsgərinə, güvən orduna...
Vətən, yurd həsrətli şairin qəlbində qələbəyə inam böyükdür və bu inamın işığı onun poetik, səmimi misralarına istilik, hənir qatır.
Ədalət Əroğlunun istifadə etdiyi bədii təsfir vasitələri ilə təsvir etdiyi surətin duyğu və düşüncələrini, daxili övqatını və psixoloji məqamını şəraitə uyğun daha təsirli şəkildə üzə çıxardır. Ədalət şeirlərində vətəndaşlıq yanğısı-nın bədii mənzərəsini təqdim edir və səmimiyyət dolu bu poetik nümunələr onu vətəndaş şair kimi səciyyələndirərək, həm də vətəndaşlıq qayəsinin daha dərin mətləblərdən soraq verdiyinə şahidlik edir.
Hər bir bədii kitab müəllifin duyğu və düşüncələrinin əbədi müstəvidə inikasıdır. Məlumdur ki, şair kitabdan-kitaba öz yaradıcılıq dünyasının sərhədlərini genişləndirməli və yeni poetik ovqatı ilə oxucu marağını qazanmalıdır. Poetik topluların başqa bədii kitablardan fərqli cəhətləri də var. Ən başlıca və diqqətçəkən məziyyət odur ki, bircə şeirlə də müəllifin poetik gücünü, iqtidarını görmək mümkündür. Bəzən bir şeir bütöv bir yaradıcılığın, bir şair taleyinin poetik indeksinə çevrilir və bu uğur müəllifə sənətkar etiketi qazandırır.
Tutduğu vəzifə mövqeyindən, qazandığı titullardan, fəxri adlardan asılı olmayaraq hər bir şairin şeirindən, misrasından boylanır. Şeirin bədii səviyyəsini ifadə edən elementlər sırasında başlıca məharət müəllifin qələmə aldığı mövzuya yanaşmada öz baxış bucağını göstərə bilməsidir.
Digər ədəbi janrlar kimi şeir də bədii ümumiləşdirmə səriştəsi şairin yetkinliyinin, dolğun əsərlər yaratmaq bacarığının əyani təzahürüdür. Mahiyyət etibarı ilə ədəbiyyatda bütün mövzular işlənmişdir. Lakin istedadlı qələm sahibləri, “köhnə” mövzulara da öz ayrı poetik nəfəsi ilə yeni ruh verə bilir, məhz poetik ruhun canlılığı təravətli şairin özünəməxsusluğunu şərtləndirən amillər sırasındadır.
“İçimizdə yurd adlı yaramız var” kitabına toplanmış poetik nümunələr yetkin şair düşüncəsinin sənət müstəvisində əyaniləşməsidir. Ədalətin şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur. Şairin müxtəlif mövzularda yazılan şeirlərini səmimiyyət, həyat hadisələrinə fəlsəfi baxış, xeyirxahlıq duyğularının təbliği, saf sevgi kimi amillər birləşdirir. Bütün bu məziyyətlər onun sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla bərabər, həm də sənətə həvəslə yiyələnməsinə zəmanət verir.
Şairin ədəbi uğurunu şərtləndirən cəhətlərdən biri də onun qələm aldığı mövzuların mahiyyətinə dərindən vara bilməsi, gördüyü problemlərin səbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə bağlılığı, milli özünüdərk mövzularına daha dərindən vaqif olması diqqətdən yayınmır. Onun seirlərində yalnız milli ağrılarımız göstərilmir, həm də bu bəlaları doğuran səbəblər bədii sənət güzgüsündə işıqlandırılır. Ədalət Əroğlunun poetik nümunələrində Vətən, insan, təbiət və zamanla bağlı fikir və düşüncələr təqdim olunan mahiyyətin mühüm tərkib hissəsi kimi üzə çıxır.
Vətən sevgisi, yurd məhəbbəti onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Özünəməxsus obrazlar yaratmaq bacarığı, sözü yerində və ustalıqla işlətmək məharəti, həmçinin sadə deyimlə zəngin poetik məna ifadə bilməsi onun şairlik xüsusiyyətini əyaniləşdirir. Kitabdakı şeirlərin önəmli məziyyətlərindən biri də Vətən həsrəti ilə yanaşı, insanın mənəvi dünyasının, hisslər, duyğular aləminin həssas və zərif ifadə olunmasıdır. Bu poetik nümunələrdə lirik qəhrəmanın yaşadığı yurd ağrısının dərinliyi ilə bərabər, eşqin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələrini təravətli şairin poetik bacarığının ehtivasıdır.
Şairin poetik əsərlərinin lirik qəhramanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onun fərdi poetik siması, yalnız qələmə aldığı nümunələrin üslub cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qiymətləndirməsində, lirik “eqo”nun əhvalruhiyyəsini təravətli, həm də səmimi çalarlarla ehtiva etməsindədir.
O, dilimizin zəngin və rəngərəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Ədalətin yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna uğurlu yaradıcılıq səciyyəsi daşıyır.
Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç vaxt duyulmur. Kitabdakı şeirlərində vətənin qəhrəman oğullarının, sadə insan ləyaqətinin tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfi mündəricə gətirir.
Bu poetik nümunələri mövzusundan asılı olmayaraq daxili bir bədii məntiq, ümumi bir məna birləşdirir. Ədalət İzzətoğlunun şeirlərində insana inam və etibar motivi güclü olduğu üçün, bu məziyyət şeirlərinin bədii siqlətinə nikbin əhvali-ruhiyyə, işıq və hərarət qatır.
Ədalətin rəvan və təbii üslubu, şeirlərinin vəzn, bölgü, qafiyə və poetik strukturun digər elementlərindən məharətlə istifadə etmək bacarığı onun yaradıcılığını şərtləndirən keyfiyyət kimi önəmli səciyyə daşıyır. Poetik yükündən bədii mahiyyətindən asılı olmayaraq, şairin bütün şeirlərindən Vətən ağrısının harayı gəlir, nəciblik, məhəbbət, halallıq qoxusu duyulur. Bu şeirlərdə insanın insanlar qarşısında, bəşəriyyət qarşısında insanlıq borcunun və ləyaqətinin vicdanla, ədalətlə, namusla icrası məsələsinə böyük diqqət verilir. Bu xüsusiyyətlər onun şeirlərinə ictimai dərinlik, geniş vüsət və məzmun bütövlüyü gətirir.
Məlumdur ki, lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuz etmiş olur. Ədalət İzzətoğlunun şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq mövzusu geniş yer tutur və onun dünyagörüşünün, bədii-estetik idealının müəyyənləşməsində, formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ən səciyyəvi xüsusiyyətlərindən biri onun müasirliyidir, yəni şair müasir həyatımızın tə-zadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda, insanları əzab məngənəsində sıxan anları poetik məzmunda ehtiva edərək, onu yeni-yeni məna çalarları ilə zənginləşdirir.
Onun şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qoşma janrının ahəng və ritmində, bədii təsvir vasitələrində nəzərə çarpır. O, insan mənəviyyatının qüdrət və gözəlliyini tərənnüm edəndə də, doğma yurdu vəsf edəndə də, elin adət-ənənələrindən yazanda da kolorit zənginliyi diqqəti cəlb edir.
Şair bəzən bir bənddə lakonik poetik detallarla oxucu xəyalında orijinal lövhələr canlan-dıra bilir. Onun bir sıra şeirlərində mürəkkəb psixoloji vəziyyətlər, anlar və duyğular, hisslər aləmi çox zərif və dəqiq ifadəsini, bədii həllini tapmışdır. O, bədii dilin estetik gözəlliyinə, emosionallığına məsuliyyətlə yanaşaraq, məzmuna uyğun forma rəngarəngliyindən səriştəylə istifadə etməyi bacarır.
Ədalətin yaradıcılığında mənəvi-əxlaqi zənginliyin harmoniyası vardır. Bu mənada o, daim inkişaf edən həm forma və məzmun əlvanlığı, həm də poetika baxımından kamilləşən şairdir.
Bəllidir ki, bədii sənətin gücü böyük ideyanın, dəyərli fikrin obrazlı təcəssümündə, səmimi və təravətli ehtivasındadır. Bu keyfiyyətlər qələm sahibindən bədii sözün məna çalarlarını, dilin incəliklərini duymağı poetik, obrazlar sistemində əsərin forma və məzmun vəhdətini yaratmağı, sənət qarşısında daim məsuliyyət hissini qorumağı tələb edir. Bütün bu məziyyətlər yurd həsrətli şair Ədalət Əroğlunun yaradıcılığında öz əksini tapmışdır.
“İçimizdə yurd adlı yaramız var” şeirlər kitabını şairin yaradıcılıq nailiyyəti kimi səciyyələndirmək olar. Söz sənətinin çətin və şərəfli yollarında şairə yeni uğurlar diləyirəm.
BALAYAR SADİQ
AYB və AJB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı,
“Yurd” jurnalının Baş redaktoru
“ƏDALƏT” qəzeti,
9 iyun 2020-ci il

***
SÖZƏ DƏYƏR VERMƏYİ BACARAN DƏYƏRLİ ŞAİR QARDAŞIM BALAYAR BƏY!
ƏDƏBİ MÜHİTDƏ YAZDIQLARIMA, YARADICILIĞIMA NƏZƏR YETİRƏRƏK YAZDIĞINIZ XOŞ SÖZLƏRƏ GÖRƏ SİZƏ MİNNƏTDARAM. MƏHZ İKİNCİ ŞEİRLƏR KİTABIMIN ADI BURADAN QAYNAQLANDI.
ALLAH SİZİ QORUSUN. MƏN DƏ ÖZ NÖVBƏMDƏ SİZƏ ƏDƏBİ YARADICILIĞINIZDA UĞURLAR DİLƏYİRƏM, ALLAHDAN SİZƏ CAN SAĞLIĞI, MÜJDƏ DOLU İLLƏR ARZULAYIRAM. VAR OLUN HƏMİŞƏ. İNŞƏALLAH CƏBRAYILDA, DOĞULUB BOYA BAŞA ÇATDIĞIM HOVUSLU KƏNDİNDƏ GÖRÜŞMƏYİ ALLAH HƏR BİRİMİZƏ NƏSİB ETSİN.
HÖRMƏTLƏ:
HÜQUQŞÜNAS-ŞAİR
QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Baxış sayı: 1 832
Bölməyə aid digər xəbərlər
Tarix: 25-11-2020 21:08 | Bölmə: Ədəbiyyat
(Şair Ədalət İzzətoğlunun yaradıcılığı haqqında qeydlər)
Söz bir qapıdır. Bu qapıdan keçmək üçün qapını döymək lazım deyil. Döyülməklə açılmır bu qapı; duyumla duyğuyla açılır. Duyğusu, duyumu olmayanın bu qapıda işi yoxdur. Dünya yaranandan bəri sözlər qapıların, qapılar sözlərin alın yazısıdır. İnsan ömrü də söz kimi bir qapıdır. Zaman-zaman, fəsil-fəsil açılır; gah sevincin, gah kədərin, dərdin üzünə...Bu duyğu və düşüncələr içində istedadlı şair Ədalət İzzətoğlunun poetik dünyasının qapısını açıram.

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR