Bütün xəbərlər
IDF: "Hizbullah" son 24 saat ərzində İsrailə təxminən 75 mərmi atıb
Tarix: 30-10-2024 09:04 | Bölmə: Dünya

Son 24 saat ərzində şiə "Hizbullah" hərəkatı İsrail ərazisinə 75-ə yaxın mərmi atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “oktyabrın 29-u saat 23:00-a olan məlumata görə, “Hizbullah”ın atdığı 75-ə yaxın mərmi Livandan İsrail ərazisini keçib”, – ordunun bəyanatında deyilir.
Oktyabrın 1-dən İsrail Livanda "Hizbullah"a qarşı quru əməliyyatı keçirir və qonşu ölkədə hava hücumlarını davam etdirir. Livanda artıq mindən çox insan həlak olub."Hizbullah" ciddi itkilərə baxmayaraq, İsrail ərazisinə raket hücumlarını dayandırmır və quru döyüşləri aparır.






Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü