21:43 / 18-10-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
Tarix: 20-10-2026 12:09 | Bölmə: Dünya

 "Hökumətin siyasətindən narazı qalan əhali sol və ya sağa səs verə bilər, lakin fransızlar hazırda çarəsizlik içindədirlər ki, bu da etirazlara və zorakılığa səbəb olur". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avstriyanın keçmiş xarici işlər naziri və Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. Mərkəzinin direktoru Karin Kneissl bu fikrini Vladimir Solovyovla "Vesti" Xəbər Agentliyi üçün müsahibəsində bildirib.
"İnsanlar sadəcə qəzəbli olduqda, problemlərinin həll olunacağı ümidi ilə sol və ya sağa səs verə bilərlər... Ümidsizlik içində olanda tamamilə fərqli bir məsələdir, çünki bu çarəsizliyi yönləndirmək çətindir.Burada zorakılıq və peşəkar etirazların qarışığını görürük".
KNEISSL DEYİB.
Daha əvvəl Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadiyyat Tədqiqatları Mərkəzinin rəhbəri Vasili Koltaşov Fransa rəhbərliyinin ölkəni böhrandan çıxarmaq üçün heç bir tədbir görmədiyini bildirmişdi. O, əlavə etmişdi ki, Fransa prezidenti Emmanuel Makron ölkəsini zəiflətmək üçün çalışır.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər