Bütün xəbərlər
Kiçik təyyarə qəzaya uğrayıb
Tarix: 18-10-2026 19:18 | Bölmə: Dünya


 Yunanıstanın şimal-şərqindəki Pieria bölgəsində yüngül tək mühərrikli təyyarə qəzaya uğrayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 
"ERT-news"un verdiyi məlumata görə, qəzada iki pilot həlak olub.
Təyyarə Pieria Aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəzadan sonra təyyarə alov almayıb. Lakin xilasedicilər qəza yerində iki pilotu halsız vəziyyətdə tapıblar.
Qəzanın səbəbi və şəraiti araşdırılır.
Daha əvvəl mediada 15 oktyabrda uçuş zamanı beş təyyarənin qəza siqnalı verdiyi bildirilirdi.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər