21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
Tarix: 15-10-2026 19:42 | Bölmə: Dünya

 Fort Hudda 13 nəfəri güllələyən keçmiş hərbi psixiatr Nidal Həsənin edam hökmü televiziya və ya onlayn yayım olmadan icra ediləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu TruthSocial sosial media platformasında açıqladı.
Amerika lideri ölüm hökmünün planlaşdırıldığı kimi güllələnmə dəstəsi tərəfindən icra ediləcəyini izah etdi.
"O, güllələnmə dəstəsi tərəfindən edam ediləcək, lakin tədbir canlı yayımlanmayacaq".
TRAMP TƏRƏFİNDƏN YAZILIB.
Dövlət başçısı əlavə etdi ki, faciə qurbanlarının yaxın qohumları istəsələr, edamda şəxsən iştirak edə biləcəklər.
Texasdakı hərbi bazada 13 nəfəri qətlə yetirməkdə məhkum edilmiş Həsənin edamı 3 dekabra təyin edilib.Bu edam İkinci Dünya Müharibəsindən bəri ABŞ hərbçisinin güllələnmə yolu ilə ilk və ABŞ ordusunda 65 ildə ilk edam olacaq.
BMT ABŞ-ın edamı canlı yayımlamaq planlarını tənqid edib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər