21:43 / 18-10-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
Tarix: 20-10-2026 12:25 | Bölmə: Karusel


 Koreya Respublikası hökuməti Ukraynadakı bəzi diplomatik heyətini geri çağırmaq qərarına gəlib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Renhap" Xəbər Agentliyi məlumat verib.
Lakin Cənubi Koreya nümayəndələri müvəqqəti işlər vəkili vasitəsilə Kiyevlə əlaqə saxlamağa davam edəcəklərinə söz veriblər.
Diplomatik korpusun bir hissəsinin geri çağırılmasının səbəbləri göstərilməyib.
Agentlik əlavə edib ki, konsulluq idarəsi adi qaydada fəaliyyətini davam etdirəcək.
Cənubi Koreya Avrasiya Strateji Araşdırmalar İnstitutunun direktoru Pak Pen-hvan bir müddət əvvəl bildirib ki, Cənubi Koreya əhalisi Ukrayna ilə münasibətlərdən məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib