21:43 / 18-10-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Çin dron ixracı qaydalarını sərtləşdirəcək
Tarix: 19-10-2026 17:50 | Bölmə: Dünya


 Çin Xalq Respublikası 18 noyabrdan etibarən pilotsuz uçuş aparatları və əlaqəli məhsullar üçün ixrac qaydalarını sərtləşdirəcək. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi rəsmi saytında məlumat verib.
Yeni qaydalara əsasən, xüsusi icazə olmadan 30 dəqiqədən 3 saata qədər havada qala bilən və operatorun baxış xəttindən kənarda idarə olunan uçuşlar həyata keçirə bilən pilotsuz uçuş aparatlarının (PUA) ixracı qadağan ediləcək.
İxrac nəzarəti həmçinin 300 km və daha çox mənzilli dronlara, eləcə də 80 litrdən çox tutumlu aerozol dispenserləri ilə təchiz olunmuş və ya təchiz edilməsi üçün nəzərdə tutulmuş bəzi PUA-lara tətbiq ediləcək.
Bundan əlavə, avtonom uçuş, idarəetmə, radio rabitəsi və tıxanmaya davamlı peyk naviqasiya texnologiyaları ixrac nəzarətinə məruz qalacaq.
Milli təhlükəsizliyi və maraqları qorumaq üçün Dövlət Şurasının və Mərkəzi Hərbi Komissiyanın təsdiqi ilə pilotsuz uçuş aparatları ilə əlaqəli müəyyən mallar üçün ixrac nəzarəti tədbirlərinin optimallaşdırılması və tənzimlənməsi barədə qərar qəbul edilib.
ELAN EDİLDİYİ KİMİ.
Daha əvvəl Çinin 2027-ci ildən etibarən avtomobil ixracına dair qaydaları sərtləşdirəcəyi bildirilmişdi.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər