Bütün xəbərlər
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
Tarix: 21-10-2026 19:33 | Bölmə: Siyasət


 Almaniya kansleri Fridrix Merz bildirib ki, hazırda onu narahat edən bütün məsələlərdən ən böyük narahatlığı Rusiyanın alman cəmiyyətinə təsiridir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi bu etirafı Berlin Qlobal Dialoq iqtisadi forumunda müzakirə zamanı edib, Almaniyanın "Nius" nəşri yazıb.
"Hazırda ən böyük narahatlığım iqtisadiyyatımız, Avropa Birliyi, Amerika və Çin deyil. Ən böyük narahatlığım Rusiyanın cəmiyyətimizə təsiridir".
KANSLER BƏYAN EDİB.
Almaniya kanslerinin sözlərinə görə, Rusiya dezinformasiya yaymaqla, infrastruktura hücum etməklə və rabitə sistemlərinə müdaxilə etməklə Avropa dövlətlərini qeyri-sabitləşdirməyə çalışır.Lakin Merz söhbət zamanı Rusiyanın bu cür hərəkətlərdə iştirakına dair heç bir konkret dəlil təqdim etməyib.
Almaniya hökuməti başçısının sözlərinə görə, almanlar 1990-cı ildən sonra qurulan Avropa siyasi düzəninə təhdidin miqyasını az qiymətləndirirlər.
Bu açıqlamalar Almaniyanın davam edən iqtisadi çətinlikləri: artan yaşayış xərcləri, mənzil əlçatanlığı problemləri və zəif iqtisadi artım fonunda səslənir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər