Bütün xəbərlər
Məktəbli qıza hücum edən həbs edilib
Tarix: 21-10-2026 20:26 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqdakı mənzil binasının liftində 9 yaşlı məktəbli qıza hücum edən kişi saxlanılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi (İK) məlumat verib.
Həmin günün əvvəlində Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, 19 oktyabr axşamı Sovetski prospektindəki 36 nömrəli binanın sakini polisə müraciət edib.Onun sözlərinə görə, naməlum kişi qızla birlikdə liftə girdikdən sonra binanın girişində ona hücum edib.
Müstəntiqin tələbi ilə məhkəmə təqsirləndirilən şəxsin həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Hadisə Rusiya Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "d" bəndi (yetkinlik yaşına çatmayan şəxsin qaçırılması) ilə araşdırılır.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib