Bütün xəbərlər
Polşada naməlum uçan obyekt (NLO) aşkar edilib
Tarix: 21-10-2026 19:50 | Bölmə: Dünya


Polşanın cənub-şərqindəki Podkarpatski voyevodalığının Lubaçov şəhərində naməlum uçan obyekt (NLO) qəzaya uğrayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Bəyanatda bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşları naməlum obyekti araşdırır.NLO dron kimidir.Polis obyektin partlayıcı olub-olmadığını müəyyən etməlidir.
Obyektin yaşayış olmayan əraziyə düşməsi barədə yerli vaxtla çərşənbə günü günortadan sonra məlumat verilib.
Daha əvvəl, Polşa kəndlərindən birində şəxsi evə dron düşdüyü bildirilirdi. Dron Hərbi Texniki İnstitutuna məxsusdur.
Dünən gecə Polşanın şərqində üç hava hücumu sirenası səsləndirilib. Bundan əvvəl Varşava ilə Vilnüs arasında Ukrayna pilotsuz təyyarəsinin üzərindən uçuşu ilə bağlı mübahisə yaranmışdı.





Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər