Bütün xəbərlər
Kreml Ukraynadakı sülh prosesində iki yeni iştirakçı təyin edib
Tarix: 21-10-2026 20:35 | Bölmə: Karusel

Norveç və Finlandiya Ukrayna münaqişəsinin həlli üçün sülh prosesində yeni iştirakçılar olublar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Məsələn, Avropa tərəfindən yeni iştirakçıları görmüsünüz: Norveç və Finlandiya. Norveçin Baş naziri və (Finlandiya Prezidenti Aleksandr) Stubb Finlandiyadandır.Onlar bu prosesdə yeni iştirakçılardır".
O, BUNU FEDERAL KANALLARDAN BİRİNDƏ DEYİB.
Peskov vurğulayıb ki, Moskva Oslo və Helsinkinin Ukrayna nizamlanmasına konstruktiv töhfə verə biləcəyini izləyəcək.
Daha əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Störenin Kiyev rejiminin lideri Vladimir Zelenski ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff arasında Osloda keçirilən görüşdə iştirak etdikləri bildirilmişdi.
Peskov Moskvanın Stubbun töhfəsi konstruktiv olarsa, onun Ukrayna münaqişəsinin həllində iştirakını müsbət qiymətləndirməyə hazır olduğunu qeyd etdi.Rusiya liderinin mətbuat katibi həmçinin Vitkoffun Sankt-Peterburqdakı danışıqlardan sonra Norveç paytaxtına qayıdacağını və daha sonra yenidən Rusiyaya səfər edə biləcəyini də istisna etmədi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib