Bütün xəbərlər
Avropada haker hücumuna məruz qalan onlarla veb sayt bağlanmağa başlayıb
Tarix: 21-10-2026 19:45 | Bölmə: Karusel


"Bloomberg"in məlumatına görə, bəzi Avropa ölkələrinin hökumətləri artıq məşhur PHP proqramlaşdırma dilində yaradılmış veb saytları bağlamağa başlayıblar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kaspersky GReAT laboratoriyasının əvvəllər bildirdiyi kimi, PHP proqramlaşdırma dilində aşkar edilən zəifliklər dünyada on milyonlarla veb saytı haker hücumuna məruz qoyub.
PHP proqramlaşdırma dilində məlumat sızmasına səbəb ola biləcək iki kritik zəiflik aşkar edilib.Tərtibatçılar 21 oktyabrda kod yeniləməsini yayımlayaraq onları düzəltməyə söz veriblər.
AB KOMPÜTER TƏCİLİ YARDIM QRUPU MƏLUMAT VERİB.
Hazırda Finlandiya və Hollandiyada bəzi ictimai internet xidmətləri, Almaniya və Avstriyada isə bəzi universitet veb saytları işləmir.Böyük Britaniya PHP ilə işləyən bütün sistemlərin zərərli fəaliyyət üçün yoxlanılmasını istəyib.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib