18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
İsrail ordusu Livan "Hizbullah"ına qarşı əməliyyata başlayıb
Tarix: 24-09-2024 00:33 | Bölmə: Dünya

İsrail ordusu Livanda yerləşən şiə təşkilatı "Hizbullah"a qarşı "önləyici" hücuma başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
Ordunun mətbuat xidməti hərbçidən sitat gətirib: “Əslində biz "Hizbullah"ın son 20 ildə inşa etdiyi hərbi infrastruktura zərbə vururuq”.
Bundan əlavə, o, İDF-nin münaqişənin növbəti mərhələlərinə hazırlaşdığını qeyd edərək, əməliyyatın təfərrüatlarını daha sonra açıqlayacağını vəd edib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Livan xalqına müraciət edib. O, livanlıları təhlükəli əraziləri tərk etməyə çağırıb. “İsrail sizinlə deyil, "Hizbullah"la müharibə aparır”, - deyə, siyasətçi bildirib.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər