15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
18:52 / 04-10-2026
Mendel: "NATO ideyası Ukraynada ölüb"
18:49 / 04-10-2026
Merz Ukrayna üçün 1 milyard avroluq hərbi yardım paketi elan etdi
18:47 / 04-10-2026
Qara dəniz üzərində "Tu-154" faciəsi: Ukrayna 25 ildir günahını etiraf etmir
18:42 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını ağac oyma bıçaqları ilə öldürüb
18:35 / 04-10-2026
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
18:32 / 04-10-2026
Tramp girovlarla iş üzrə xüsusi elçi vəzifəsinə Con Koulun namizədliyini irəli sürüb
19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
Cəbrayıl rayonunun Zəfər yolu
Tarix: 05-10-2026 14:56 | Bölmə: Siyasət

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş baş verdi.Bu Zəfərin mühüm səhifələrindən birini isə Cəbrayıl rayonunun işğaldan azad olunması təşkil edir. Uzun illər düşmən işğalında qalan Cəbrayılın azad edilməsi həm hərbi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Düşmənin güclü və çoxpilləli müdafiə istehkamlarının yarılması, mürəkkəb relyef şəraitində aparılan döyüşlər və Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıq Cəbrayıl əməliyyatını Vətən müharibəsinin mühüm mərhələlərindən birinə çevirdi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin azad edilməsi ilə Azərbaycanın dövlət bayrağı uzun illərdən sonra yenidən bu qədim torpaqda dalğalandı.
Cəbrayıl rayonu uzun illər Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərindən biri olub. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub, Cəbrayıl sakinləri doğma yurdlarından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələ açdı. Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə əks-hücum əməliyyatlarına başlayaraq işğal altında olan ərazilərin azad edilməsinə doğru irəlilədi. Bu əməliyyatlar sırasında Cəbrayıl istiqaməti xüsusi əhəmiyyət daşıyırdı. Çünki düşmən uzun illər ərzində burada güclü müdafiə sistemi yaratmışdı. Ərazidə bir neçə xətdən ibarət istehkamlar, səngərlər, müdafiə mövqeləri və müxtəlif mühəndis qurğuları hazırlanmışdı. Bu müdafiə xəttinin yarılması Azərbaycan hərbçilərindən yüksək peşəkarlıq, cəsarət, dözümlülük və fədakarlıq tələb edirdi. Azərbaycan əsgəri bütün bu çətinliklərə baxmayaraq qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdi. Cəbrayıl istiqamətində əldə edilən uğurlar sonrakı hərbi əməliyyatlar üçün mühüm zəmin yaratdı.
Cəbrayıl əməliyyatını mürəkkəb edən əsas amillərdən biri düşmənin uzun illər ərzində formalaşdırdığı müdafiə sistemi idi. İşğalçı qüvvələr Cəbrayıl ərazisini strateji mövqelərdən biri kimi qiymətləndirir və burada çoxsaylı istehkamlar qururdular. Belə müdafiə xətlərinin yarılması adi hərbi əməliyyat deyildi. Bunun üçün hərbi hissələrin koordinasiyalı fəaliyyəti, döyüşçülərin yüksək hazırlığı, düzgün taktiki qərarlar və ən əsası, şəxsi heyətin böyük iradəsi tələb olunurdu. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi əməliyyatlar düşmənin müdafiə sisteminin mərhələli şəkildə dağıdılmasına və ərazidə strateji üstünlüyün əldə olunmasına gətirib çıxardı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun həm mənəvi, həm də hərbi baxımdan üstünlüyünü daha da möhkəmləndirdi. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu.
Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbələrin gələcək nəsillərə çatdırılması, tarixi yaddaşın qorunması və işğaldan azad edilmiş şəhərlərin xüsusi günlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, 4 Oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub. Bu qərar Cəbrayılın azad edilməsinin Azərbaycan tarixindəki əhəmiyyətini bir daha təsdiqləyir. Şəhər günü yalnız təqvimdə qeyd olunan tarix deyil. Bu gün Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramın, qazilərin qəhrəmanlığının, Azərbaycan Ordusunun şücaətinin və xalqın milli iradəsinin ifadəsidir. 4 Oktyabr həm də gələcək nəsillərə mühüm mesaj verir: torpaqların azadlığı uğrunda aparılan mübarizə, göstərilən qəhrəmanlıq və əldə olunan Zəfər heç vaxt unudulmamalıdır.
Cəbrayılın azad olunması ilə qarşıda yeni və daha böyük bir vəzifə – dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, insanların doğma torpaqlarına qaytarılması və burada davamlı həyatın təmin edilməsi vəzifəsi dayanırdı. İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas prioritetlərdən birinə çevrildi. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, enerji və su təminatının qurulması, sosial obyektlərin inşası, yaşayış məhəllələrinin salınması və iqtisadi fəaliyyət üçün imkanların yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. Cəbrayıl şəhərinin bərpası da bu prosesin mühüm hissəsidir. Şəhərin yeni siması müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılır. Məqsəd yalnız dağıdılmış binaları yenidən tikmək deyil, həm də insanların rahat və təhlükəsiz yaşayacağı, işləyəcəyi və gələcək nəsillərini böyüdəcəyi müasir şəhər mühiti yaratmaqdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən ən mühüm proseslərdən biri Böyük Qayıdışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı həyata keçirilir.
Cəbrayıl da Böyük Qayıdışın əsas ünvanlarından biridir. 2024-cü il sentyabrın 26-da yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanının Bakı şəhərinin Qaradağ rayonundan yola salınması bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyırdı. Uzun illər doğma torpaqlarından ayrı düşmüş ailələrin Cəbrayıla qayıtması 2020-ci ildə əldə edilmiş hərbi Zəfərin artıq real həyatın bütün sahələrində öz nəticələrini göstərdiyini nümayiş etdirdi. İllərlə həsrətlə gözlənilən qayıdış artıq gerçəkliyə çevrilmişdi. Cəbrayılın küçələrində yenidən uşaqların səsi eşidilir, ailələr öz evlərinə qayıdır, sosial və iqtisadi həyat canlanır. Bununla da işğalın şəhərin həyatında yaratdığı uzunmüddətli fasilə aradan qaldırılır.
Böyük Qayıdış yalnız Cəbrayıl şəhəri ilə məhdudlaşmır. Rayonun kəndlərində də genişmiqyaslı quruculuq və məskunlaşma prosesi həyata keçirilir. 2026-cı il sentyabrın 28-nə olan məlumata əsasən, Cəbrayıl şəhərində 680 ailə, ümumilikdə 2 974 nəfər, Horovlu kəndində 321 ailə və 1 326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə və 2 749 nəfər məskunlaşıb. Həmin tarixə Cəbrayıl şəhəri və qeyd olunan kəndlərdə ümumilikdə 1 600 ailə, 7 022 nəfər artıq doğma torpaqlarına qayıdaraq burada məskunlaşıb.
Cəbrayılın müasir tarixində Prezident İlham Əliyevin rayona səfərləri xüsusi yer tutur. Bu səfərlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesinin mərhələlərini əyani şəkildə nümayiş etdirir. Dövlət başçısının Cəbrayıla səfərləri bir tərəfdən Vətən müharibəsində əldə edilmiş Zəfərin tarixi nəticələrini nümayiş etdirir, digər tərəfdən isə azad edilmiş torpaqlarda yeni həyatın qurulması istiqamətində görülən işlərin əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna ilk səfəri 2020-ci il noyabrın 16-da, rayonun işğaldan azad edilməsindən qısa müddət sonra baş tutub. Bu səfər xüsusi tarixi məna daşıyırdı. Dövlət başçısı Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Azərbaycan Dövlət bayrağını ucaltdı, dağıdılmış şəhərə baxış keçirdi və işğal dövründə Ermənistanın polis idarəsinin yerləşdiyi binanı gördü. Cəbrayılın mərkəzindəki dağıntılarla tanışlıq şəhərin işğal illərində məruz qaldığı dağıntıların miqyasını bir daha nümayiş etdirirdi.
Cəbrayılın qarşıdakı illərdə regionun mühüm yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar mövcuddur. Rayonun əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanları, təbii resursları və həyata keçirilən infrastruktur layihələri onun inkişaf perspektivlərini artırır. Burada yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, məktəblərin, səhiyyə müəssisələrinin, xidmət sahələrinin və iqtisadi infrastrukturların yaradılması insanların rahat yaşayışına xidmət edir. Ən mühüm məsələ isə Cəbrayılın yalnız fiziki olaraq yenidən qurulması deyil, onun sosial həyatının da bərpa edilməsidir. Çünki şəhəri şəhər edən yalnız binalar və yollar deyil, burada yaşayan insanlardır. Bu baxımdan Cəbrayıla qayıdan hər bir ailə şəhərin yeni tarixinin qurucusuna çevrilir. Cəbrayılın tarixində artıq yeni dövr başlayıb. Bu dövrün adı Zəfərdən Qayıdışa, Qayıdışdan Quruculuğa uzanan dövrdür. 4 Oktyabr isə bu böyük tarixi yolun ən mühüm simvollarından biri olaraq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Səyavuş Qasımov,
Avrasiya Universitetinin rektoru, siyasi
elmlər üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 75
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:03
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
Bu gün, 14:56
Cəbrayıl rayonunun Zəfər yolu
Dünən, 20:13
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
Dünən, 18:52
Mendel: "NATO ideyası Ukraynada ölüb"
3-10-2026, 19:15
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva