Bütün xəbərlər
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
Tarix: 30-09-2026 19:26 | Bölmə: Siyasət

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Rusiya, Ukrayna və ABŞ arasında mümkün üçtərəfli görüşün perspektivləri barədə şərh verdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun hesab etdiyinə görə, bunu indi müzakirə etmək əks-səmərəlidir, çünki heç bir yekun və ya hətta aralıq qərar yoxdur.
Yekun və ya hətta aralıq qərarların olmadığı bir vaxtda, açığı, (mümkün üçtərəfli görüş) barədə şərh verməyin mənası yoxdur.Hətta deyərdim ki, bu, əks-səmərəlidir.
Zaxarova daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov və Almaniya xarici işlər naziri Yohann Vadeful arasında keçirilən görüş barədə də şərh vermişdi. O, görüşün tərəflərin tam hüquqlu dialoqu bərpa etməyə hazır olduqlarını göstərmədiyini vurğulamışdı.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər