22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrail Qəzzada hökumət binalarına nəzarət etdiyini iddia edir
Tarix: 14-11-2023 20:13 | Bölmə: Dünya

İsrail ordusu HƏMAS-ın Qəzza zolağında mərkəzi komanda mərkəzlərinə, o cümlədən hökumət binalarına və “qubernatorun iqamətgahına” nəzarət etdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İDF-nin teleqram kanalında yerləşdirilmiş rəsmi mesajında deyilir. Şeyx İclin və Ər-Rimal bölgələrində keçirilən əməliyyatlarda yeddinci briqadanın qüvvələri və Qolani piyada briqadasının iştirak etdiyi dəqiqləşir.
Hərbçilər qanunvericilik və hökumət binalarını, polis qərargahını və silah istehsalı və hazırlanması üçün istifadə olunan mühəndislik fakültəsini nəzarətə götürdülər.
Bundan əlavə, əməliyyat zamanı İsrail hərbçiləri təlim bazaları, əməliyyat qərargahları, saxlanma və dindirmə otaqlarının yerləşdiyi Gizat kompleksini zəbt ediblər. Kompleksin ərazisində HƏMAS-ın silahları, həmçinin tədris və metodik vəsaitlər var idi.
HƏMAS döyüşçülərinin istifadə etdiyi “qubernator iqamətgahı”nın da nəzarətə götürüldüyü, orada hərbi kəşfiyyat idarələrinin, qərargahların və düşmənin müxtəlif postlarının yerləşdiyi bildirilir.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər