Bütün xəbərlər
Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək
Tarix: 07-06-2022 23:59 | Bölmə: Dünya

                    Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək



Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra olunmaması ilə bağlı iki qanun layihəsini qəbul edib.
“Qafqazinfo” Rusiya mediasına isitnadən xəbər verir ki, bu qanunlar Rusiya məhkəmələrinə AİHM-in martın 15-dən sonra qəbul etdiyi qərarları icra etməməyə imkan verəcək. Bundan əlavə, AİHM-in bu tarixdən əvvəl qüvvəyə minmiş qərarlarına əsasən kompensasiya ödənişləri Rusiya banklarındakı hesablara yalnız rublla həyata keçiriləcək. Sənəddə deyildiyi kimi, “düşmən dövlətlərdə yerləşən xarici kredit təşkilatlarındakı hesablara” ödənişlər edilə bilməz.
Bundan əlavə, Rusiya məhkəmələrinin qərarları AİHM-in qərarlarından üstün sayılacaq.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər