21:48 / 23-01-2022
Şeyma Mayamidə kafe açır
Ermənilərdən Qazaxıstanda Xocalı soyqırımını təkrarlamağa çağırış - Foto
Tarix: 07-01-2022 22:04 | Bölmə: Dünya

                   Ermənilərdən Qazaxıstanda Xocalı soyqırımını təkrarlamağa çağırış



Qazaxıstandakı hadisələr fonunda Ermənistan da öz “sülhməramlı”larını bu ölkəyə göndərib.
“Qafqazinfo” xəbər verir ki, KTMT tərkibində Qazaxıstana ermənilərin də göndərilməsi sosial şəbəkədə bir sıra təcavüzkarlıq hallarına çağırışlarla müşayiət olunub.
Hərbi ekspert Ədalət Verdiyev Feysbuk səhifəsində ermənilərin çirkin niyyətlərini əks etdirən görüntülər paylaşıb.
Görüntülərdən aydın olur ki, ermənilərin əksəriyyəti orada yeni soyqırımı törətmək imkanı, eləcə də, Xocalı vəhşətini təkrarlamaq niyyətlərini ifadə ediblər.
Bundan başqa, ermənilər qazaxların namusuna dil uzatmaqdan çəkinməyiblər.
Həmin görüntüləri təqdim edirik:



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər