Bütün xəbərlər
“Azərbaycan kimdir, türk kimdir, bunu hər kəs gördü” - Hulusi Akar+Video
Tarix: 06-11-2021 02:24 | Bölmə: Dünya

                   “Azərbaycan kimdir, türk kimdir, bunu hər kəs gördü”


“Azərbaycanlı qardaşlarımız “bəsdir daha” deyərək 44 gündə böyük bir zəfəri qazandılar və öz torpaqlarını Ermənistan işğalından azad etdilər. Türkün gücünü bütün dünyaya göstərdilər. Azərbaycan kimdir, türk kimdir bunu hamı gördü”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Ankaradakı səfirliyində təşkil olunmuş Zəfər günü tədbirində çıxış edərkən deyib. 
İki ölkə arasında dostluqdan da ötə qardaşlıq bağlarının olduğunu, işbirliyinin bütün sahələrdə davam etdiyini deyən Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin böyük zəfərini təbrik edərək bildirib: 
“Bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanlarında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Biz bu məsələləri bütün platformalarda həmsöhbətlərimizə dəfələrlə demişik və deyirik”. 
Ermənistanın 30 il əvvəl Aərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, 1 milyon insanın böyük cəfalar çəkdiyini deyən Akar sözlərini belə davam etdirib: 
“Başda Xocalı olmaqla Ermənistan tərəfindən günahsız insanlar qətl edildi. Bütün bunlar baş verərkən ATƏT və Minsk Qrupu “bu problemlərin danışıqlar yolu ilə həll ediləcəyini” deyirdilər. 30 il gözləndi. Ancaq təəssüf ki, heç bir tədbir görülmədi, heç bir irəliləyiş olmadı. Bunun sonunda azərbaycanlı qardaşlarımız “bəsdir daha” deyərək 44 gündə böyük bir zəfəri qazandılar və öz torpaqlarını Ermənistan işğalından azad etdilər. Sonra nə oldu? Sonra Türkün gücünü bütün dünyaya göstərdilər. Azərbaycan kimdir, türk kimdir bunu hamı gördü”.

               



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər