Bütün xəbərlər
Goranboyda mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb
Tarix: 08-12-2017 16:25 | Bölmə: Cəmiyyət
Goranboy rayonunda mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb.
Bu barədə “Report”un Qərb bürosuna DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 
Məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb.
Rayonun Alpoud kənd sakini Əlvan İsgəndərov RPŞ-yə müraciət edərək ona məxsus 6 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onların Mingəçevir şəhər sakinləri - Zaur Hüseynov və Elçin Əliyev olması müəyyən edilib.
Dindirilmə zamanı saxlanılanlar oğurladıqları mal-qaranın saxlandığı yeri göstərərək istintaqa təqdim ediblər. Bundan başqa, əvəllər məhkum olunmuş E.Əliyevin rayon ərazisində digər oğurluq hadisələrinin törədilməsində iştirak etməsi də müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb.



Baxış sayı: 859


Bölməyə aid digər xəbərlər