Bütün xəbərlər
İran raketi "Microsoft"un İsraildəki ofisinin yaxınlığında yerə düşüb
Tarix: 20-06-2025 10:36 | Bölmə: Dünya

“Times of Israel” qəzeti yazır ki, İranın atdığı raket “Microsoft” şirkətinin İsrailin cənubundakı Beer Şeva şəhərindəki ofisinin yaxınlığında yerə düşüb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəzet “Microsoft”un ofisinin yaxınlığında tüstünün əks olunduğu foto dərc edib.
“İran raketi Beer Şevaya düşüb, ziyan vurub, itki yoxdur”, - nəşr yazır.
Qəzet daha sonra dəqiqləşdirib ki, raket zərbəsi böyük dağıntılara səbəb olub: bir neçə ev və avtomobilə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, ölkə cəzalandırılana və təzminat ödənilənə qədər İsrailin hədəflərinə zərbələr dayandırılmayacaq.
İsrail Müdafiə Qüvvələri iyunun 13-də İranın hərbi obyektlərinə və nüvə proqramına qarşı “Rising Lion” əməliyyatına başlayıb. Buna cavab olaraq Tehran “Əsl vəd 3” hərbi əməliyyatına başlayıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər